2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda evdən gələn qəribə səslər ailəni təşvişə salıb – VİDEO

Ağcabədinin Şahsevən kəndində yaşayan Əliyevlər ailəsi naməlum hadisə ilə üzləşib.

Xezerxeber.az bildirir ki, qaranlıq düşən kimi evdən qəribə səslər gəlir. Gecə saatlarında isə bu səslər daha da çoxalır.

Ev sahibi Səməndar Əliyev deyir ki, bu hadisə təxminən 10 il əvvəl də olub və sonradan səslər kəsilib. Son 2 ayda isə yenidən evin zirzəmisindən müxtəlif səslər gəlməyə başlayıb.
Ailə üzvləri evdə hansısa varlığın gəzdiyinə inanırlar. Mətbəxdə qablardan səslərin gəlməsi isə onların qorxularını daha da artırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu hadisədən xəbər tutan kənd sakinləri bunu müxtəlif cür yozublar. Bəziləri bunu evdə cinlərin olması ilə əlaqələndiriblər. Ev sahibləri isə buna inanmır.

Ev sahibi bununla baglı sadəcə din xadimlərinə müraciət edib. Gecələr çıxan müəmmalı səslər isə hələ də davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button