2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda karantin rejimini pozan 747 nəfər cəzalandırılıb

Bir nəfər cinayət məsuliyyətinə cəlb olunub

Xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında belə deyilir. Qərargahın iclasında çıxış edən Baş nazir Ə.Əsədov bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İndiyədək Azərbaycanda ümumilikdə 119 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 3 nəfəri ölüb, 15 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button