2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda real ÜDM pandemiyadan əvvəlki səviyyəyə çatacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, Azərbaycanda real ÜDM istehsalı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə 2023-cü ildə qayıdacaq.

2020-ci ildə ölkə iqtisadiyyatında COVID-19 pandemiyası fonunda geriləmə baş vermişdi və real ÜDM istehsalı 4,3% azalaraq 28,62 mlrd. manata enmişdi. BVF-nin proqnozlarına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında real ÜDM istehsalı 2,3%, 2022-ci ildə isə 1,7% artaraq müvafiq olaraq 29,21 mlrd. manat və 29,71 mlrd. manat təşkil edəcək.

Fondun uzunmüddətli proqnozlarına əsasən, 2023-cü ildə ölkədə real ÜDM-in həcmi 2019-cu ildəki göstəricini (29,9 mlrd. manat) nəhayət keçə biləcək və 30,21 mlrd. manata çatacaq (2022-ci ilin proqnozu ilə müqayisədə 1,7%-lik artım). Bundan əlavə, BVF-yə görə, ölkə iqtisadiyyatı 2021-2026-cı illərdə ortaillik 1,8% böyüyəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki,  2020-ci ildə Azərbaycanda real ÜDM-nin həcmi (2005-ci ilin qiymətləri ilə) 28,62 mlrd. manata bərabər olub, nominal ÜDM isə 72,432 mlrd. manat təşkil edib. Son əlçatan məlumatlara görə, cari ilin ilk rübündə real ÜDM istehsalı 5,54 mlrd. manat təşkil edib.

Qeyd edək ki, real ÜDM-in nominal ÜDM-dən fərqi ondan ibarətdir ki, real ÜDM-də istehsal olunan məhsulların qiymət artımları nəzərə alınmır və bu göstərici sırf real istehsal ilə təyin olunur. Bunun nəticəsi kimi, nominal ÜDM iqtisadiyyatın qiymət və gəlir indeksindəki dəyişikliklərdən asılıdır və məhsul və xidmətlərin qiymətlərinin artması səbəbindən inflyasiya ilə birlikdə artır, deflyasiya halında isə azalır. Beləliklə, nominal ÜDM-dən fərqli olaraq, real ÜDM qiymət səviyyəsindəki dəyişiklikləri hesablayır və iqtisadi artım ilə bağlı situasiyanı daha dəqiq şəkildə əks etdirir.

24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button