2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı: ÖLƏN VƏ YARALANANLAR VAR

Fövqəladə Halalr Nazirliyi Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. 24saat.org nazirliyə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində “Mercedes” markalı sərnişin avtobusu və “Mercedes” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat başa çatıb.

***

Qazax rayonunda bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org  Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Bakı-Qazax-Qırmızı körpü istiqamətində hərəkət edən “Mercedes” markalı sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Qazax rayon sakini, 1950-ci il təvəllüdlü Ziyalı Zahid oğlu Orucov hadisə yerində ölüb.
Hadisə zamanı həmçinin 59 yaşlı Allazova Aybəniz Mahmud qızı, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhimova Raidə Xanmirzə qızı, 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Həsənova Fərmayə İsmayıl qızı, 1969-cu il təvəllüdlü Bakı sakini Süleymanova Mərziyə Cəlal qızı, 1956-cı il təvəllüdlü Bakı şəhər sakini Ramazanova Sevinc Zedulla qızı, 1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Bayramova Zeynəb Əhməd qızı xəsarət alıblar.Nəticədə minik avtomobilinin Ziya adlı sürücüsü hadisə yerində ölüb.

Qəza zamanı daha üç nəfər, “Mercedes” markalı avtobusun sərnişini, 59 yaşlı Allazova Aybəniz Mahmud qızı və daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunan DYP əməkdaşları qəzanın səbəblərini araşdırır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button