2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda və dünyada yeni il – 2024-də nələr gözlənilir?

Müxtəlif saat qurşaqlarında yer alan ölkələr Yeni ili fərqli vaxtlarda qeyd ediblər və 2024-cü ili ilk qarşılayan Sakin okeanında yerləşən Kiribati adalar ölkəsi olub.

33 adadan ibarət olan Kiribati ilə Azərbaycan arasında 10 saat fərq var.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkənin ümumi sahəsi 811 kvadrat kilometr olsa da (Azərbaycan ərazisindən 100 dəfə balaca) ölkənin şərqdən qərbə uzanan ən uzaq adaları arasında məsafə 4 min kilometr, şimaldan cənuba isə təxminən 2 min kilometrdir.

Kiribatidən sonra Yeni ili ən tez qarşılayan ölkələr Yeni Zelandiya, Tonqa və Samoa olub.

Bu il Azərbaycanda və dünyada gözlənilən əsas hadisələrin siyahısını hazırladıq.

Fevral – Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Bütün dünyada Çin yeni ili kimi bilinən Ay Yeni ili qeyd olunacaq.

Mart – Rusiyada Baş nazir və prezident kimi 1999-cu ildən ölkəyə rəhbərlik etmiş Vladimir Putin martda keçirilməsi gözlənilən prezident seçkisinə qatılacaq.

Aprel – Hindistanda prezident seçkisi keçiriləcək.

May – Çinin Chang’e-6 missiyası Ayın qaranlıq tərəfindən 2 kiloqrama yaxın nümunə toplamağa çalışacaq.

İyun – Almaniyada UEFA Euro-2024 futbol yarışına start veriləcək.

İyul – Fransanın paytaxtı Paris Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək.

Avqust – Niderlandda qadınlar arasında Tour de France yarışı başlanacaq və Fransada bitəcək.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button