2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır

Bu ildən Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması istiqamətində işlərə başlanılıb.

Toplum TV xəbər verir ki, bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

“Bu məqsədlə biznes subyektləri ilə birgə baxış keçiririk. Yeni Məcəllə təkcə dilin sadələşdirilməsi ilə bağlı deyil. Biz həm də qanunvericiliyi bir daha təhlil edəcəyik. Hazırda Məcəllənin Yol Xəritəsini hazırlayırıq. Biznes subyektləri ilə işçi qaydada görüşlər aparırıq. Beynəlxalq təcrübəni özümüz də araşdırırıq, məsləhətçi şirkətlər də cəlb edirik. Yeni Məcəllənin nə vaxt hazır olacağını indi demək tezdir. Amma prosesə başlamışıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, rəsmi statistikaya əsasən, ötən il Azərbaycanın dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxilolması səfərbər edilib. Bildirilib, bu, əvvəlcədən proqnozlaşdırılan rəqəmdən 1,1 milyard manat çoxdur. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button