2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycandakı bəzi orta məktəbləri 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçir

Şəmkir rayon İrmaşlı kəndində fəaliyyət göstərən orta məktəblərin 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçid edəcək. Sakinlər bu prosesdən narahatdırlar.
Bu barədə “Bizim Yol”a Şəmkir rayon İrmaşlı kənd sakini Aqil Əliyev bildirib.
“Şəmkir rayon İrmaşlı kəndin 1300 ev, 6000 nəfərdən çox insan yaşayır. 2 məktəb var, hər ikisi 11 illik idilər. Şəmkir Rayon Təhsil Şöbəsi hər iki məktəbin 11 illik tədrisini ləğv edib, 9 illik ediblər.
Deyirlər ki, sizin kənddən ali məktəblərə qəbul olanlar çox azdır. Deyin görüm bu məsələdə uşaqların günahı varmı? Təhsil Şöbəsi savadsız-savadsız müəllimləri rüşvət alaraq bu məktəblərə göndərir.  Halbuki 5-6 min əhalisi olan ərazilərə  Avropada şəhər statusu verirlər. Budurmu bizim inkişaf, budurmu bizim gələcəyimiz olan uşaqlarımıza olan qiymət?”,-deyə Aqil Əliyev bildirib.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinə göndərilən sorğuya cavabda bildirilib ki, tam orta təhsilin təmayüllər üzrə təşkil olunacaq ümumtəhsil müəssisələrinin müəyyənləşməsi və mövcud şəbəkənin optimallaşdırılması prosesi Təhsil Nazirliyinin rəhbərliyi  ilə yerli təhsili idarəetmə qurumları tərəfindən həyata keçirilir: “Təmayül mərkəzləri olacaq məktəblərin müəyyənləşdirilməsi zamanı məktəbin maddi-texniki bazası, infrastrukturu, təlim nəticələri, kadr potensialı ilə təminatı və müvafiq zona üzrə digər məktəblərə görə yerləşdiyi mövqe nəzərə alınır. Təmayül mərkəzlərinin müəyyən edilməsində diqqət edilən əsas amil həmin zona üzrə təhsilini təmayül siniflərində davam etdirəcək şagirdlərin maraqlarının təmin edilməsidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button