2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanın Milli Qəhrəmanı vəfat edib – FOTOLAR

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), Azərbaycanın Milli Qəhrəmanı (1992), Qarabağ müharibəsi iştirakçısı Maşallah Abdullayev vəfat edib.

Goranboy rayonunda yaşayan Milli Qəhrəman ömrünün 72-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Maşallah Abdullayev 1992-ci ildə Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Birinci Qarabağ Müharibəsindən sonra M.Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədri olub. İgidliyə görə general Məhəmməd Əsədov adına mükafata və  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına layiq görülüb.

Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən M.Abdullayev əməliyyat edilərək Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi.

24 saat” “Azərbaycanın Milli Qəhrəmanı vəfat edib – FOTOLAR” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button