2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanın şimal bölgəsində Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirilib 

Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bayram tədbirləri keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Şimal bürosunun məlumatına görə, hər beş rayonda keçirilən tədbirdə yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlər zamanı qeyd olunan rayonların mərkəzində salınmış şəhidlər xiyabanları ziyarət edilib, şəhid büstlərinin önünə gül dəstələri düzülüb.

Həmçinin şəhidlərimizin anım mərasimlərində qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq onların əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edən rayon rəhbərləri, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulayıblar.

Daha sonra şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Səhər saatlarından başlayan ziyarət rayon ictimaiyyəti tərəfindən günün sonunadək davam etdirilib.

Qeyd edək ki, qeyd olunan rayonlarda axşam saatlarında tanınmış incəsənət ustalarının təqdimatında konsert proqramı və atəşfəşanlıq olacaq.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button