2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanın yeni Laçın yoluna nəzarəti olacaqmı?

Avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərində və ətraf kəndlərdə yerləşməsi, Rusiya sülhməramlılarının isə dəhlizdən çıxaraq yeni tikilmiş yola köçürülməsi 10 noyabrda imzalanmış üçtərəfli bəyanatında yer alan bəndlərdən daha birinin vaxtından əvvəl icra olunmasıdır.

Razılaşmada göstərilirdi: “… üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”.

Azərbaycan bu yolu 1 il 10 aya tikib istifadəyə verdi, magistralın Ermənistan ərazisinə düşünən (Tex-Kornidzor) 11.8 kilometrlik hissəsi isə hazır deyil, tikinti davam edir. Bu məqsədlə Ermənistan hökuməti büdcədən 12 milyon dollardan artıq vəsait ayırıb. Yeni razılaşmaya görə, yol hazır olana qədər ermənilər Laçın dəhlizindən istifadə etməyə davam edəcəklər. Amma bir şərtlə: dəhlizin heç bir yerində avtomobili saxlamaq olmaz.

Saytların yığılması Saytlarin yigilmasi

Daha bir uğur Azərbaycanın diplomatik təzyiqlərlə yanaşı güc amilindən istifadə etməklə Laçının boşaldılmasına nail olması idi. Məlumdur ki, qarşı tərəf yolun çəkilmədiyini (yolun Ermənistan ərazisinə düşən hissəsinin tikintisi qəsdən gecikdirilirdi – red.), sənəddə göstərilən 3 il müddətinin bitmədiyini  əsas gətirərək bölgəni tərk etmək istəmirdi. Amma bütün müqavimət cəhdləri boşa çıxdı və Azərbaycan istəyinə nail oldu. 

Azərbaycan cəmiyyəti Laçın şəhərinin, dəhlizinin və ona yaxın Sus və Zabux kəndlərinin geri qaytarılmasını böyük sevinclə qarşıladı. Bayram əhval-ruhiyyəsini ordu hissələrini Laçına daxil olmasını əks etdirən görüntülərin sosial şəbəkələrdə minlərcə dəfə paylaşılması da təsdiq edir. 

Bununla belə cəmiyyətdə bəzi suallara da cavab axtarılır: Yeni Laçın yoluna nəzarət necə həyata keçiriləcək, Azərbaycanın iştirakı təmin olunacaqmı?

Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Laçın dəhlizinə hansı status veriləcləksə, Zəngəzur dəhlizinə də eyni status verilməlidir. Amma problem yerindən tərpənməyib. Azərbaycan yeni yolu tikib ermənilərin istifadəsinə versə də, Zəngəzurda əlaqəni təmin edəcək nəqliyyat infrastrukturu ilə siyasi razılaşma belə, yoxdur. Doğrudur, Azərbaycan öz tərəfindən Zəngəzura istiqamətlənən dəmir yolu və avtomagstralı çəkməkdədir. Amma Ermənistan hər hansı dəhliz verilməyəcəyini deyir, bu məsələdə İran rəsmi İrəvana açıq dəstək verir. Rusiya Paşinyan hökumətinə təzyiqlərini gücləndirsə də, amma ortalıqda hər hansı nəticə yoxdur. Paşinyan bildirir ki, Ermənistan ərazisindən keçməklə azərbaycanlıların Naxçıvana getməsi üçün hər hansı problem yoxdur, amma bu Zəngəzur dəhlizi vasitəsi ilə baş verməyəcək. 

Məsələ kifayət qədər mürəkkəbdir. Maraqlıdır, Bakı nə edəcək? Zəngəzur dəhlizi ilə bağlı bəyanatından geri çəkiləcək, gözləmə mövqeyi tutacaq, yoxsa siyasi bəyanatlara uyğun olaraq yeni Laçın yolunda sərhəd nəzarəti və gömrük postları yerləşdirəcək? 

Bu yaxınlarda Rusiyanın Ermənistandakı səfirliyindən belə bir açıqlama verilmişdi ki, ermənilər Xankəndinə və geriyə eynən Laçın dəhlizində olduğu kimi sərbəst gedib qayıdacaqlar. Onların təhlükəsizliyi sülhməramlılar tərəfindən təmin olunacaq. Bu bəyanata Azərbaycandan hələlik heç bir reaksiya yoxdur. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Pressklub.az-a şərhində bildirirb ki, Azərbaycanın yeni Laçın yolunu yaxın zamanlarda nəzarətə götürməsi az ehtimal olunur. Onun sözlərinə görə, İlham Əliyev və Paşinyanın 31 avqustda Brüsseldə keçiriləcək görüşündə məhz Zəngəzur dəhlizinin müzakirə edəcəklərini güman etmir: 

“Ermənistan dəhliz yox, yol statusunda israrlı olarsa Azərbaycan paralel olaraq Laçın yolunu da yol elan edib sərhəddə nəzarətini yarda biləcəkmi? Hesab edirəm ki, Rusiya buna imkan verməyəcək və tərəflərə Zəngəzur dəhlizi müzakirələrini uzun müddət davam etdirməyi tövsiyə edəcək. Yeni Laçın yoluna Azərbaycan sərhəd nəzarəti olmadıqda bizim Xankəndini tabeçiliyimizə almaq perspektivimiz uzun müddət çəkə bilər. Əksinə, sərhəd nəzarəti Qarabağ münaqişəsində son nöqtəni qoymağı və iki ölkə arasında sülhü sürətləndirə bilər. Ona görə də, Zəngəzur dəhlizinin açılmasını gözləmək sülh prosesini uzatmaq deməkdir. Yeni Laçın yolunun Ermənistana aid hissəsinin çəkilməsini bu günədək ləngidən ermənilər, Zəngəzur yolunu tezliklə hazır vəziyyətə gətirən deyillər. Azərbaycan qarşı tərəfə sərhəd məntəqəsinin sülhə xidmət etdiyini, terrorçuların, ideoloji təxribatçıların nəzarətsiz şəkildə ölkəmizə daxil olmasının təhlükə yaratdığını izah etməli, buna görə də sərhədin bu hissəsinə ilkin mərhələdə Rusiya sülhməramlıları ilə birgə nəzarət etməyin gələcəkdə birgəyaşayışa töhfə verdiyini əsaslandırmalıdır”. 

Turqut

24 saat” “Azərbaycanın yeni Laçın yoluna nəzarəti olacaqmı?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button