2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Azərbaycanın yeni Media Qanunu Beynəlxalq öhdəlikləri kobud şəkildə pozur

Azərbaycanın yeni media qanununa baxış.

Azərbaycan hökumətinin qəbul etdiyi yeni Media Qanunu ölkədə media azadlığının birbaşa pozulmasıdır. Qanun Medianın İnkişafı Agentliyi (MİA) tərəfindən hazırlanıb və hökuməti tənqid edən və ya ona etiraz edən xəbər saytlarının qeydiyyatı, fəaliyyət göstərməsi və hətta yayımına ciddi məhdudiyyətlər qoyur.

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi Platforması da Media Qanununu pisləyib və onu “media azadlığı üçün böyük zərbə” adlandırıb. Platforma qeyd edib ki, qanun MİA-nə “Azərbaycanda KİV-lər üzərində nəzarətsiz səlahiyyət” verir və ona hansı xəbər saytlarının hökumətdə rəsmi qeydiyyatdan keçməsinə nəzarət etməyə imkan verir. Bu o deməkdir ki, yalnız hökumətin istəklərinə uyğun gələnlər fəaliyyət göstərə biləcəklər.

Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.

Saytların yığılması Saytlarin yigilmasi

İfadə və media azadlığı ilə bağlı beynəlxalq öhdəliklərin pozulması

Bunun Azərbaycanda jurnalistlər, fəallar və sadə vətəndaşlar üçün ciddi fəsadları var. Qanun söz və mətbuat azadlığına ciddi məhdudiyyətlər qoyur ki, bu da ölkədə diktatura yaratmaq təhlükəsi yaradır. O, həmçinin veb-saytların hökumət və ya digər siyasi məsələlərlə bağlı tənqidi məqalələr dərc etməsinə mane olmaqla, fərqli fikirləri susdurur. Üstəlik, bu, insanların vacib məsələlərdə ictimai rəyi formalaşdırmağa kömək edə biləcək vacib onlayn müzakirələrdə iştirakına da mane olur.

Nəhayət, bu qanun digər ölkələrin də buna əməl etməsi və regionda onlayn azadlıqları daha da məhdudlaşdırması üçün təhlükəli presedent yaradır. Beynəlxalq ictimaiyyət bu mürtəce media qanununa qarşı mövqe nümayiş etdirməli və məsuliyyət daşıyanların əməllərinə görə cavab verməsini təmin etməlidir.

Yeni qanunda media, jurnalistlərlə bağlı beynəlxalq hüquq standartlarına zidd olan bir çox tələb və qadağalar mövcuddur. Bu məqalənin məqsədi belə tətləb və qadağaların beynəlxalq insan hüquqları standartları kontekstində mümkün hüquqi nəticələrini və onların Azərbaycanın beynəlxalq öhdəliklərinə hüquqi təsirlərini analiz etməkdir.

Müstəqil jurnalistika və media orqanlarına məhdudiyyətlər

“Bizim KİV haqqında köhnə qanun yalnız çap mediası üçün nəzərdə tutulmuşdu, Teleradio Yayımı haqqında qanun tamam ayrı idi. Yeni media qanunu isə ümumilikdə Azərbaycanın sərhədləri daxilində fəaliyyət göstərəcək, bütün media subyektləri bu qanunla işləyəcək və bu qanun onları tənzimləyəcək,” – Vüsalə Mahirqızı deyib.

“Domenlər Rəqəmsal Texnologiyalar və Nəqliyyat Nazirliyində, saytlar MMC kim yarandığına görə Vergilər Nazirliyində, qəzetlər, jurnallar isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirlər. Hər hansı media subyektinin fəaliyyət göstərməsi üçün onsuz da heç bir icazə tələb olunmur. Bu qeydiyyat media reystrində ümumiləşdirmə deməkdir. Bu ölkədə mövcud olan media subiyektlərinin statistik dataları bir mərkəzdə toplanacaq – Medianın İnkişaf Agentliyində”.

“Azərbaycanın yeni media qanunu qeyri-müəyyənliklər və ağır tələblərlə doludur və görünür, qəsdən ölkəni işıqlandıran azad medianın qalan son dayaqlarını hədəfə almağa hesablanıb. Prezident İlham Əliyev heç vaxt bu qanunu təsdiq etməməli idi. İndi hakimiyyət onu ləğv etməli və heç vaxt mətbuat nümayəndələrinə qarşı istifadə edilməməsinə çalışmalıdır,” Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said deyib.

Azərbaycanda insan haqları və demokratiyaya təsiri

Azərbaycanda kütləvi informasiya vasitələrini tənzimləyən qanunvericilik genişdir. KİV-in fəaliyyətini tənzimləyən Qanunların başında “Media haqqında” Azərbaycan Respublikası Qanunu gəlir. Lakin KİV-in önəmli bir hissəsi olan televiziya və radioların fəaliyyətinin tənzimlənməsi 2001-ci ildə bu Qanundan ayrılaraq, 2002-ci ildə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu da qəbul edilib.

2004-cü ildə İctimai teleradionun yaradılması ideyası həyata keçirilərək “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilərək bu istiqamətə ayrıca özünəməxsus tənzimləmə gətirilmişdir. Medianın fəaliyyətinin başlıca istiqaməti informasiyaları toplamaq, hazırlamaq və yaymaq olduğundan və informasiyaların axtarılması, toplanması, əldə edilməsi başlı-başına bir tənzimləmə tələb etdiyindən, 1998-ci ildə “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmiş və Konstitusiyanın 50-ci maddəsinin tələbi reallaşdırılmaq istənmişdir. Lakin bu qanun funksional olmadığından informasiyanın əldə edilməsi istiqamətində yeni qanunun qəbulu ehtiyacı yaranmış və 2005-ci ildə bu boşluq doldurulmuş, “İnformasiya əldə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir.

İnformasiya sahəsində başqa bir tənzimlənmə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu Qanun daha çox informasiya ehtiyatlarının formalaşması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi və digər bu kimi məsələləri tənzimləyir.

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində əhatə edilən Şəxsi toxunulmazlıq hüququ ilə media azadlığı və ifadə azadlığı müəyyən məqamlarda toqquşur və şəxsi toxunulmazlıq hüququ mətbuat azadlığının məhdudlaşdırılması faktoru kimi çıxış edir. Odur ki, kütləvi informasiya vasitələrindən və onun mənbələrindən bəhs edərkən şəxsi toxunulmazlıq hüququnu qeyd etmək zəruridir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun mahiyyətinə gəldikdə, Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya uyğunlaşdırmaq məqsədilə qəbul edildiyi bildirilib.

Beynəlxalq reaksiya və potensial həllər

Dövlətlə paralel olaraq, cəmiyyətdə elə qurumlar var ki, onların funksiyaları cəmiyyətin həyatında önəmli yer tutur. Xüsusilə, qloballaşmanın gətirdiyi yeni münasibətlərdə elə kooperasiyalar var ki, onların həm fəaliyyəti həm də xidmət sahəsi toplumla yaxından bağlıdır Bu nəzərə alındığında informasiyaların sadəcə dövlət qurumlarında və dövlət məmurlarında yox, hər bir ictimai fəaliyyətlə məşğul olan qurumda olacağı şübhəsizdir. Bu kimi qurumların əlində olan informasiyalar toplumun diqqət mərkəzində olan və ictimai yükü olan informasiyalardır.

Bu baxımdan bu qanun həm də ictimai informasiyalar kimin əlində olmasından asılı olaraq, onlar üçün informasiyaları hazırlama və vermə vəzifəsi müəyyən edir. İnformasiya əldə etmək haqqında Qanun bu baxımdan yeni münasibətlər gətirir. İlk dəfə informasiya sahibi konkret müəyyən edilib, onların vəzifələri göstərilib.

İctimai informasiyaların nə olduğu müəyyən edilib. Sorğularla necə davranılmalı olduğu, hansı müddətdə və necə sorğuların cavablandırılması zəruriliyi bildirilib. İnformasiya sahiblərinin hansı informasiyaları, hansı metodlarla yayması gərəkliliyi vəzifə olaraq üzərilərinə qoyulub. İnternet resurslarının yaradılması zəruriliyi və hansı müddət ərzində yaradılmalı olduğu dəqiq təqvimlə müəyyən edilib. İnformasiya əldə etmək hüququnu məhdudlaşdıran digər normaların qəbul edilə bilməyəcəyi təminat altına alınıb.

Bunu büdcə müzakirəsindən sonra ən çox rezonans doğuran və müzakirə olunan ikinci qanun layihəsi kimi xarakterizə edən Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli qanun layihəsinin beynəlxalq hüquqa zidd olması, ifadə azadlığına təhlükə yaratması ilə bağlı iddiaları əsassız sayıb.

MEDİA agentliyi gəlib APA Media Qrupda qanun layihəsinin təqdimatını da keçirib, biz müzakirə etmişik. Bəzi təkliflərimizin nəzərə alındığını da gördüm. Mənimlə bir neçə dəfə müzakirə də aparılıb və bir neçə media ekspertləri ilə də görüşülüb, müzakirə aparılıb,” – hakimiyyətə yaxınlığı ilə tanınan APA-nın rəhbəri qanuna qarşı edilən etirazların əsassız hesab olunması üçün deyib.

Qurdqanlı,24 saat

İstinadlar

  1. CPJ: Azərbaycanda yeni media qanunu mətbuata məhdudiyyətləri artırır.https://www.amerikaninsesi.org/a/cpj-statement/6436957.html Dərc edilib: 2023-04-17
  2. “MEDİA HAQQINDA” YENİ QANUN: İFADƏ VƏ MEDİA AZADLIĞINA GENİŞ MƏHDUDİYYƏTLƏR – Nicat Məmmədbəyli.https://aihmaz.org/media-haqqinda-yeni-qanun-ifad%C9%99-v%C9%99-media-azadligina-genis-m%C9%99hdudiyy%C9%99tl%C9%99r/ Dərc edilib: 2023-04-17
  3. Media haqqında yeni qanun: tənqidlər nəzərə alındımı?.https://www.bbc.com/azeri/azerbaijan-59522116 Dərc edilib: 2023-04-17

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button