2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanlı əsirlərə işgəncə verən şəxslər 20 il həbs cəzası alıblar

Bakı/02.08.21 Avqustun 2-də Yasamal rayon məhkəməsində erməni hərbiçilər Lyudvik Mkrtıçyan və Alyoşa Xosrovyan barəsində hökm verilib. Hər iki şəxs cəzalarının ilk 10 ilini ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsində çəkməklə, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Birinci Qarabağ müharibəsi dövründə, həmçinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan hərbi əsirlərinə içgəncə verməkdə və onları ələ salmaqda təqsirli biliniblər.

Onlar son sözlərində Azərbaycan xalqından üzr istəyiblər və onları bağışlamalarını istəyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Əvvəlki iclaslarda onlar əsirlərə işgəncə verməkdə və onları ələ salmaqda təqsirlərini inkar edir, yalnız sərhədi qanunsuz keçdiklərini etiraf edirdilər. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button