2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanlı diplomat səfirliyin pulunu mərc oyunlarına yönəltməkdə ittiham olunur

Yayımlandı: 24 Fevral 2023 21:11

 

Attaşe ittihammlar üzrə özünü təqsirli bilir

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov səfirliyin 347 min manat vəsaitini mərc oyunlarına yönəltməsi haqda ittiham üzrə məhkəmədə ifadə verib. Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Nəcib Osmanova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Lakin keçmiş diplomat həbsdə deyil. Hökm çıxarılana qədər onun barəsində polis nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.

1989-cu il təvəllüdlü Nəcib Osmanovun işinə Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır. Fevralın 24-də məhkəmədə prokuror ittiham aktını elan edib. İttihama əsasən, Nəcib Osmanov 2021-ci ilin may ayından 2022-ci ilin fevral ayına qədər dövlət büdcəsindən səfirliyə ayrılmış 347 min manat vəsaiti mənimsəyib. O, səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişlərinin yerinə yetirilməsi adıyla ödəniş tapşırıqlarını səfir Rəmzi Teymurova möhürlətdirib təsdiqlətdirərək, daha sonra həmin vəsaitlərin bankdan çıxarılıb, hesaba köçürülməsinə nail olub. Lakin sonradan vəsaitlər təyinatı üzrə xərclənməyib, mərc oyunlarına yönləndirilib.

Məhkəmədə ifadə verən keçmiş diplomat özü təqsirli bildiyini, hər üç maddə üzrə ittihamı qəbul etdiyini deyib. O bildirib ki, Azərbaycanın Koreyadadakı səfirliyindən əvvəl Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində çalışıb. 2021-ci ilin fevralından isə Koreya səfirliyinə maliyyə məsələləri üzrə attaşe təyin olunub. Onun sözlərinə görə, 2021-ci ilin may ayından mərc oyunlarına aludə olub, onda asılılıq yaranıb.

“Mən əməkhaqlarından götürməmişəm, kommunal xərclərdən götürmüşəm. Çox asılılıq yaranmışdı. Səfirlikdə heç kimin xəbəri yox idi. Çox peşmanam. Səfir möhür vururdu sənədlərə, aparıb banka verirdim, hesaba pul köçürdü. Həmin pulları yönəldirdim oyunlara. Çox peşmanam, çox. 77 min dollar ziyandan ödəmişəm. Qalanını da ödəməyə çalışıram”, – Nəcib Osmanov bildirib.

Məhkəmə prosesi martın 17-də davam edəcək.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button