2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Azərbaycanlıların Xankəndi və Xocalıya qayıtmasının çətinliyi


Qarabağda nizamlama prosesinə BMT də cəlb oluna bilər.

Dövlətdən maliyyələşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev AzadlıqRadiosuna deyir ki, Bakının da BMT-nin qiymətləndirmə missiyası ilə müxtəlif mövzularda müzakirəsi gedir.

Bunlardan biri Qarabağın işğalına görə Azərbaycana dəymiş ziyanın, dağıntıların hesablanmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirir ki, BMT-nin qiymətləndirməsi olarsa, xaricdən vəsait cəlb etmək olar. 

Fərid Şəfiyev deyir ki, Rusiya sülhməramlılarının nəzarətində olan Xocalı, Xocavənd, Ağdərə, Xankəndi və sair bölgələrə azərbaycanlı qaçqınların qayıtması Azərbaycan hökumətinin hədəfidir, rəsmi Bakı bu tələbi təmin etməyə çalışacaq, amma bu məsələ, birinci mərhələdə hələki real deyil: 

“Bu hələki, real deyil. Çünki əsas məsələ təhlükəsizlikdir. Bu, qayıdış planının 2-ci hissəsidir. Biz əvvəlcə bunu Rusiya ilə müzakirə edəcəyik”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 28-də keçirilən mətbuat konfransında deyib ki, BMT-nin kompleks qiymətləndirmə missiyasının Dağlıq Qarabağa göndərilməsi ilə bağlı həm Ermənistan, həm də Azərbaycanla danışıqlar gedir. 

 

Azərbaycanlı köçkünlər də qayıtmalıdır

Xanım Zaxarova deyib ki, Moskva, bu işə başqa ölkələrin, nüfuzlu beynəlxalq strukturların qoşulmasını faydalı hesab edir.

Zaxarova missiyanın hansı işlə məşğul olacağını deməyib.

Qarabağda 44 gün davam edən hərbi qarşıdurmadan sonra noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan atəşkəs razılaşmasına görə, məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında öz evlərinə qayıtmalıdırlar.

 

Müharibə bitən kimi erməni əhali Rusiya sülhməramlılarının nəzarəti ilə bölgəyə qayıtmağa başlayıb.

Amma hələlik nə işğaldan azad olunan ərazilərə, nə də hələ də erməni və Rusiya sülhməramlılarının nəzarətində olan bölgələrə azərbaycanlı qaçqınlar qayıda bilməyib.

İşğal dövründə bu ərazilərdə yaşayış üçün bütün infrastruktur dağıdıldığından və ərazilər minalandığından bir milyon nəfərə yaxın köçkünü hələlik öz evlərinə qaytarmaq mümkün olmur.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button