2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

““Azərenerji ASC” bununla bağlı xüsusi komissiya yaratmalıdır” – FOTOLAR – VİDEO

Son günlər sosial şəbəkə istifadəçiləri öz səhifələrində elektrik enerjisi istifadəsinə görə gəlmiş borc qaimələrini paylaşırlar. Demək ola ki, feysbuk işıq qaimələrinə bürünüb. Qaimələrdəki rəqəmlər isə az qalır fantastik həddə çatsın, çoxusunda borc vətəndaşın bir aylıq əmək haqqı qədərdir. Hətta elə qaimə var ki, bir aylıq elektrik enerjisinə görə 610 manat borc göstərilib. Vəziyyət o həddə çatıb ki, artıq işıq pulu “çek”ləri ilə bağlı karikaturalar, video roliklər hazırlanıb.
Maraqlıdır ki, 250 manat əmək haqqı alan vətəndaş ona gəlmiş bu qədər borcu necə ödəyəcək? Və əlbəttə ki, bu qaimələri feysbukda paylaşmaqla, karikaturalar hazırlamaqla problem həll olunmayacaq. O zaman daha bir sual yaranır ki, insanları narahat edən bu vəziyyəti kimlər və necə tənzimləməlidir? Nə kimi çözüm yolları olmalıdır ki, vətəndaşlar dövlətə qarşı aqressivləşməsinlər?
Moderator.az-ın mövzu ilə bağlı suallarına professor Zahid Məmmədov aydınlıq gətirib.
İqtisadçı ekspert bildirib ki, “Azərenerji ASC”-də bu məsələylə məşğul olacaq komissiya yaradılmalıdır:
“Bunu sosial şəbəkələrlə paylaşmaqla problem həll olunmayacaq əlbəttə ki. Bu barədə ətraflı araşdırma aparmaq lazımdır. Ola bilməz ki, qısa müddətdə elekrtik enerjisi sərfində artım bu qədər çox göstərilsin. Səbəbini, nədənini axtarmaq lazımdır. O üzdən yaxşı olar ki, həmin insanlar onlara gələn işıq çeklərini götürüb müvafiq Tarif Şurasına, “Azərenerji ASC”-ə müraciət etsinlər və bunun səbələri barədə açıqlama istəsinlər.
Ancaq daha yaxşı olardı ki, “Azərenerji ASC” qaynar xətt, o cümlədən sırf bu işlə məşğul olmaq üçün komissiya yaratsın və vətəndaşlardan gələn şikayətlər operativ qaydada qiymətləndirilsin. Xüsusilə də Tarif Şurası bu məsələlərlə bağlı maarifləndirmə işləri aparmalıdır. Çünki əhalini bu məsələlərdə maarifləndirmək, kömək etmək lazımdır”.
Mehriban Zeynalova adlı birinin şəkli.
Tura Dünyamalıyeva adlı birinin şəkli.
Image result for işıqpulu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button