2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
XəbərlərYerli biznes xəbərləri

“Azərsun Holdinq”ə yeni baş inzibatçı təyin edilib

Azərbaycanın ən iri şirkətlərindən biri “Azərsun Holdinq” MMC-nin baş insan resursları inzibatçısı təyin edilib. 

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, Türkiyə vətəndaşı Fatih İslamoğlu holdinqin baş insan rusursları inzibatçısı təyin edilib. O, bu vəzifənin icrasına 2023-cü ilin iyunundan başlayıb. 

Buna qədər “Azersun”da müvafiq vəzifədə Müjdedin Bozkurt idi.  

Fatih İslamoğlu insan resursları üzrə 20 illik təcrübəyə malikdir. Sonuncu iş yerləri İstanbuldakı “Yıldız Holding”, “Aydem Enerji” və “Yıldızlar Yatırım Holding”də müvafiq vəzifə üzrə çalışıb. 

“Azərsun” — ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. Azərsun Azərbaycanda ən böyük qida istehsalçısı və ixracatçısıdır, həmçinin kağız və qablaşdırma ticarəti ilə məşğul olur. 

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button