2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Az gəlirli və işsizlərin maraqları nəzərə alınmasa…

Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.

Bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb. Bəs görəsən dövlət xəstəxanalrının statusunun dəyişməsi və yeni nizamnaməsi buranın xidmətindən yararlanan vətəndaşlara maddi baxımdan necə təsir edəcək?

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dövlət xəstəxanalarının publik şəxs qismində fəaliyyət göstərməsinin əsas səbəbi hökümət bu sahəyə ayırdığı xərclərdə qənaət rejminə keçməsidir və bunu aşağıdakı formada izah etmək olar:

Saytların yığılması Saytlarin yigilmasi

“Birincisi hökümətdə icbari-tibbi sığortaya keçid haqqında qərar formalaşıb. Yanvar ayından bunula bağlı ciddi qərarların olacağı gözlənilir. Dövlət xəstəxanalarının publik şəxsə çevrilməsi onlara da pullu xidmət göstərməyə şərait yaradacaq. Sığortadan faydalanmasına imkan yaradacaq. Sığortası olan şəxslər ödənişlə həmin xəstəxanalrın xidmətlərindən istifadə edə biləcəklər.

İkinci məsələ Azərbaycanda büdcə ilə bağlı problemlər davamlı şəkildə olacaq. Yaxın gələcək də də büdcənin doldurulması və xərclərinin azaldılması ilə bağlı problemlər yaranacaq. Ona görə də səhiyyəyə ayrılan xərcləri azaltmaq üçün və bir qismini vətəndaşların və sığorta şirkətlərinin boynuna qoyulması üçün bu addımın atılması gözlənilən idi. Büdcədə yaranan problemlər gələcəkdə hökümətin daha çox qənaət rejminə keçməsinə səbəb olacaq. Bu qənaətin mənbəyi də olmalıdır. Birdən-birə xərclərin köklü şəkildə azaldılması mümkün deyil. Ona görə də xərclərin azaldılmasının bir hissəsini bu pullu xidmət vasitəsilə konpensasiya etməyi düçünürlər”.

Ekspert vurğulayıb ki, Azərbaycanda dövlət xətəxanalarının ximətinin adı pulsuz idi: “Vətəndaşlar onsuzda ödənişlər edirdi. Bu sadəcə leqallaşacaq. Çox yaxşı olardı ki, bu tibbi sığorta vasitəsilə leqallaşsın. İnsanların cibinə çox da ziyan dəyməsin. Burada əsas məsələ tibbi sığortanın necə təşkil olunmasından asılı olacaq. Tibbi sığorta doğru-düzgün təşkil olunmasa, əhalinin az gəlirli və işsiz qisminin maraqları nəzərə alınmasa bu çox ciddi problemlərə gətirib çıxaracaq”.(Qaynarinfo.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button