2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azay Quliyev: “Məhkəmələrin kreditlərlə bağlı qərarlarının 50 faizi icra edilməyib”

Milli Məclisin payız sessiyasının son plenar iclasında Mülki Məcəlləyə, eləcə də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihələri səsverməyə çıxarılıb.

Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev dəyişikliklərlə bağlı məlumat verib. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən korporativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.
Bundan başqa, “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”, “Mülki Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında” və “İcra haqqında” qanunda dəyişikliklər barədə qanun layihələri müzakirəyə çıxarılıb.
“İcra haqqında” qanuna dəyişikliyə münasibət bildirən millət vəkili Azay Quliyev icra məmurlarına səlahiyyətlərin verilməsinin mühüm olduğunu söyləyib: “Məndə olan məlumata görə, bu gün məhkəmələrin icraatında təxminən 700 min iş var. Kreditlərlə bağlı qəbul olunmuş qərarların 50%-i icra edilməyib. Bu baxımdan icra məmurlarına səlahiyyətlərin verilməsi məqsədəuyğundur”.
Layihələr səsə qoyularaq qəbul edilib.(apa)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button