2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azyaşlının saçının polisin qırxdığı iddia edilir – DİN özfəaliyyət sayır

Yayımlandı: 18 Yanvar 2023 17:28

Hüquq müdafiəçisi: “Azyaşlını o vəziyyətə polislər salıb”

Sosial şəbəkələrdə saçı qırxılmış azyaşlının görüntüsü yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Adının Əlisahib olduğu deyilən azyaşlının “Tik-tok”da polisi təhqir etdikdən sonra bu vəziyyətə salındığı bildirilir.

“Müdafiə Xətti” Təşkilatının həmtəsisçisi Rüfət Səfərov hadisəni qeyri-insani hal kimi qiymətləndirib.

R.Səfərov Meydan TV-yə əminliklə bildirib ki, azyaşlını o vəziyyətə polislər salıb:

“Bunu mənə öz təcrübəm deyir və ciddi şübhələrimiz var. Fikir verin, adamın saçını qırxıb diz üstə otuzdurublar. Bu, hüquq-mühafizə orqanının, yaxud cəzaçəkmə müəsissəsinin dustağa göstərdiyi münasibətdir. Zamanında özüm də bu halı yaşamışam”.

Hüquq müdafiəçisi hadisənin hansı polis bölməsində baş verdiyindən xəbərsiz olduğunu deyir:

“Biz Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, hələ cəhdimiz alınmır. Amma nazirlik olayı təkzib edəcək, buna əminəm”.

Sosial şəbəkə istifadəçiləri, bir sıra ictimai şəxslər də bu qeyri-insani rəftarın polis tərəfindən edildiyini iddia edirlər.

“Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir”

Amma Daxili İşlər Nazirliyi (DİN) iddiaları qəbul etmir.

DİN rəsmisi Nurlan Əliyev yayılan görüntülərin hər hansı polis idarəsinin inzibati binasında çəkilmədiyini deyir.

N.Əliyev bildirib ki, məsələ araşdırılır.

“Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir”, – deyə o qeyd edib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev də məsələyə “Facebook” səhifəsində münasibət bildirib: “Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır”.

“Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə “TikTok”da “jeton” toplamaq niyəti ilə çəkilib”, – deyə o bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button