2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bəşər Əsəd Türkiyəni hədələdi -“İŞİD-i biz istiqamətləndiririk”

Bəşər Əsəd rejimi İŞİD-i istiqamətləndirdiyini etiraf edib.

“Baas” partiyasının nəzarətində olan milli məclisin baş katibi Halid Abbud bu barədə açıqlama verib. Açıqlamaya əsasən, rejimin xüsusi xidmət orqanları İŞİD qruplaşmasının içinə sızıb və terrorçuları istiqamətləndirir.
Abbud üstüörtülü şəkildə rəsmi Ankaranı hədələyərək İŞİD-in Türkiyədəki terror aksiyalarının qarşısını ancaq rejimlə əməkdaşlıq edildiyi təqdirdə almaq mümkün olduğunu bildirib.
Halid deyib: “İŞİD harada, Nusra harada? O biri cihad qruplaşmaları haradadır? Təbii ki, Şam şəhəri ətrafında yerləşiblər. Bəs niyə Şamda partlayışlar olmur, amma Türkiyənin müxtəlif vilayətlərində terror aktları törədilir? Suriyanın xüsusi xidmət orqanları qruplaşmanın içinə sızıblar. Türkiyədə baş verənlərin qarşısını heç kəs ala bilməz. Bunun ancaq bir yolu var. Suriyanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmək lazımdır”.(Ölkə.Az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button