2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bəxtsiz oğrular tutuldu – Qızıl bildikləri dəmir çıxdı – VİDEO

“3 evə girdim. ikisindən heç nə götürə bilmədim”

“Dedi ki, sataq, sonra bildik ki, qızıl deyil, dəmir imiş”
Qənimətləri 5800 rubl olub.
Samuxdə 3 evə girən 2 nəfərin qəniməti ən yaxşı halda 5800 rubl olub. Rayon polisinin saxladığı oğrular da bəxtlərindən şikayətçidir.
Kəpəz TV (Region TV) xəbər verir ki, Samux sakinləri 23 yaşlı Sahib Məlikzadə və 20 yaşlı Tural İbrahimovun törətdiyi cinayət rayonun Qarayeri qəsəbəsindən o tərəfə çıxmayıb. Nazim Quliyevin mənzilindən 5800 rus rublu, iki ədəd mobil telefon, pensiya kartlarının oğurlanması barədə polisə etdiyi müraciət qısa zamanda həmyerlilərinin saxlanılması ilə nəticələnib.
İlqar Qəmbərov – baş müstəntiq: “Ərizə əsasında Samux Rayon Polis Şöbəsində araşdırma aparılıb. Toplanan material əsasında tərəfimizdən cinayət işi başlanılıb. Aparılan əməliyyat- istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən cinayət hadisəsini Samux rayonunun Qarayeri qəsəbə sakinləri Məlikzadə Sahib Həsən oğlu və İbrahimov Tural Tehran oğlu törədiblər. Hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib”.
Saxlanılan şəxslərin ətrafında aparılan araşdırmalar daha iki cinayətin üstünü açıb. Mehman Qurbanov və Qumru Mehtiyevaya məxsus mənzillərdən oğurluğu da bu iki şəxsin etdiyi təsdiqini tapıb. Baxmayaraq ki, ikincinin evindən əliboş çıxan “qəhrəmanlar”ın digər mənzildən qəniməti bir ədəd sırğa və pensiya kartı olub. Lakin qızıl bilib götürdükləri əşya metal çıxıb.
Tural İbrahimov – saxlanılan şəxs: “Mən məhəllənin ayağında gözlədim. Evlər görünmürdü. Sahib evə girdi, çıxdı. Dedi ki, gedək şəhərə, bunu sataq. O da getdik şəhərə, mən maşında gözlədim. Gəldi ki, qızıl deyil dəmirdir”.
Digər saxlanılan Sahib Məlikzadə isə oğurluq zamanı bəxtlərinin gətirməməsini təəssüf hissi qeyd edir. Çünki etdikləri oğurluq əldə etdiklərinə dəyməzmiş.
Sahib Məlikzadə – saxlanılan şəxs: “3 evə daxil olmuşam. 2-dən heç nə götürə bilmədim. Ən birinci daxil olduğum evdən plastik kart, qızıl sandığın içərisindən sırğa götürmüşəm. O da dəmir çıxıb. İkinci evdən də əliboş çıxmışam”.
Faktlar üzrə istintaqı davam etdirən Samux polisi saxlanılan şəxslərin digər bu kimi əməllərinin olduğunu istisna etmir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button