Bizim tərcümə

Baba Vanqanın peyğəmbərliyi gerçəkləşirmi? Buzlaqların əriməsi kimi görünür… 48.500 il ərzində donmuşdur.

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-28 17:22:04

2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirus (Kovid-19) bütün dünyada 6 milyondan çox insanın həyatına son qoyub.

Virusun təsiri peyvəndlərlə planetimizdən tədricən silinərkən, Sibirdən gələn xəbər dünyanı yenidən təşvişə saldı.

Saytların yığılması Saytlarin yigilmasi

Sibirdəki kəşfdən sonra “Balkanların Nostradamusu” ləqəbli bolqar falçı Baba Vanqanın sözlərini gündəmə gətirdi.

Baba Vanqa 2022-ci ildə Sibirdə ölümcül virusun aşkar ediləcəyini proqnozlaşdırmışdı.

Sözügedən virusun sürətlə yayılacağı və nəzarətdən çıxacağı da qorxulu proqnozlar arasında idi.

Buzlaq

Keçən həftə elm adamları Sibirin əbədi donmuş bölgəsində apardıqları araşdırmada on minlərlə il əvvələ aid bir virusun yenidən ortaya çıxması ilə bağlı qorxulu reallıqla qarşılaşdılar.

Sibirdə ortaya çıxan virusun donmuş vəziyyətdə 48 min 500 il yatdıqdan sonra yenidən ortaya çıxdığı qeyd edilib.

Mütəxəssislər illər əvvəl virusların yeni pandemiya yaradan təhlükəsinə diqqət çəkib.

Bu inkişafdan sonra Baba Vanqanın proqnozu gündəmdə ikən bir çox sosial media istifadəçisi “Baba Vanqanın 2022-ci il peyğəmbərliyi gerçəkləşdi” şərhini yazıb.

PROQNOZLARDAN BƏZİ DOĞRU ÇIXIR

Kor mistik 2000-ci ildə Rusiyanın “Kursk” sualtı qayığının batması ilə bağlı proqnozundan sonra bütün dünyada məşhurlaşdı.

Baba Vanqa ölümündən əvvəl Kurskda bir çox insanın daşqınlardan təsirlənəcəyi barədə xəbərdarlıq etmişdi.

Baba Vanqanın 2008-ci ildə Barak Obamanın ABŞ prezidenti seçiləcəyini proqnozlaşdırdığı da deyilir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button