2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Bahalaşma nədir bilirsiz? – AYNUR İMRAN YAZIR

Benzin bahalaşdı. Zatən son iki il ərzində ölkədə yetrincə bahalaşma olmuşdu. Bundan sonra bu proses xeyli intensivləşəcək. Bahalaşma hər yerdə özünü göstərir. Tərəvəzdə, taxıl məhsullarında, ət məhsullarında. Mənim millətim qürurlu millətdir, ailəsinə, sosial çevrəsinə xüsusi bir bağlılığı var. Baxmayaraq ki, hal hazırkı rejim Azərbaycan insanının sosial alışqanlıqlarını da tamamilə dəyişdi, sosial münasibətləri pozdu, hətta dəqiq desək sıfırladı. Öncələr insanlar bir birinə xəbər etmədən qonaq gedərdi, qonaq getdiyiniz zaman süfrələr açılardı, ən az iki cür yemək, şirniyyatlar hazırlanardı. İndi insanlar dua edir ki, heç kim qonaq gəlməsin. Gəlməsin ki, utanmayım. Bunda görə də ünsiyyət qopur, dostlar qohumlar uzaq düşür. İllərlə, əsrlərlə formalaşan ənənələrin pozulması isə toplumda psixoloji gərginlik yaradır.

Digər tərəfdən də ailədaxili münasibətlər pozulur. Bu da cəmiyyət baxımından çox qorxulu prosesdir. Evdə rollar dəyişir, yeni problemlər yaranır, insanlar aqresivləşir.

Bahalaşma bilirsiz nədir? Bahalaşma rejimin (bundan əmin deyiləm, bəlkə də bilərək edirlər) və bəzilərinin düşündüyü kimi sadəcə qiymət bahalaşması deyil, təkcə insanların geyimə, yeməyə, insan kimi yaşamağa əlçatanlığının azalması deyil. Bahalşama bizim kimi cəmiyyət üçün sosial faciədir. Məsələn, 2016-da 500 nəfərdən çox insan intihar etmişdi, bu il o say ən az iki dəfə artacaq. Məktəbə buraxılmayan, oxumayan uşaqların sayında artım olacaq. “Azadlıq”ın məlumalatlarına görə rəqəm təxminən 80.000 nəfər idi. Amma bu tamamilə məktəbdən yayınanların sayıdır. Məktəbə gedib, normal təhsil ala bilməyənlər də var hələ. Bu il ölkədən gedənlər də çoxalacaq, yaxşı yaşamaq hər kəsin haqqıdır, kimsəni qınamaq mümkün deyil. 2017 də, oğurluğun, əxlaqsızlığın da sayında yüksəliş olacaq. Hamı dolanmaq istəyir, kim necə bacarırsa. Aqressiv cəmiyyətdə qətllərin də sayı artacaq. Belə çıxır ki, vicdanı, utanmaq hiss olanlar intihar edəcək, beyni – bacarığı olanlar ölkədən köçəcək, cahillər artacaq, aqresiya çoxalacaq. Demək ki, ölkədə ən çox işlənilən sabitlik və təhlükəsizlik məsələsi də aktuallığını yavaş-yavaş itirəcək. Bununla hökümət kökünə balta vurur. Bu məni qətiyyən maraqlandırmır, yeri gəlsə sevindirər də. Amma bu hökümət həm də millətin genofonduna balta vurur. Bu isə böyük narahatçılıqdır. Hazıkı vəziyyət həm millətə, həm dövlətçiliyə elə bir zərbədir ki, rejim dəyişildikdən sonra uzun illər bu zərbələrin fəsadları ortaya çıxacaq. Deyəcəksiz ki, bahalaşma ilə necə mübarizə aparaq? Bahalaşmanın cəmiyyətə, insanlara bu dərəcədə ağır zərbəsinin qarşısını necə almaq olar. Bir cavab var – mübarizə apararaq. Mübarizə, yaradılan şəraitə etiraz, insanları birləşdirər, sosial münasibətləri bərpa edər. Əzilən, sındırılan millətdə özünəhörmət, güvən yaradar. Mübarizə aparıb, uğurlu sonluq alınarsa, bahalaşmanın da önünə keçilə bilər. Azaq iqtisadi şərait, gömrüyün, verginin sahibkarlar üçün daha işlək hala gətirilməsi qiymətlərin düşməsinə, məhsul bolluğuna yol açar. Buna görə də danışın, küçədə, ictimai nəqliyyatda, iş yerində, insanlara etiraz etməyəcəkləri təqdirdə nələrlə üz-üzə qalacaqlarını başa salın. Bilsinlər ki, artıq həatları təhlükədədir. Az aşım, ağrımaz başım deyimi keçmir. Artıq az aşın yaratdığlı aqresiyadan cəmiyyət içində hər bir şəxsin mütləq başı ağrıyacaq. Bunun önünə keçmək isə sadəcə insanların əlindədir. Yoxsa artıq əyilən boyunlara qılınc vurulacaq, insanımızı öz insanımızın əli ilə məhv edəcəklər…

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button