2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakı Apellyasiya Məhkəməsi  “Toplum TV” işi üzrə həbs edilənlərin şikayətlərinə baxacaq

Martın 15-də Bakı Apellyasiya Məhkəməsi  “Toplum” TV-yə qarşı cinayət işi üzrə həbs edilənlərin şikayətlərinə baxacaq.

Saat 12:00-da “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlinin apellyasiyasına baxılacaq; saat 12:15- Demokratik Təşəbbüslər İnstitutunun  və III Respublika Platformasının rəhbəri Akif Qurbanov; saat 12:15-  Demokratik Təşəbbüslər İnstitutunun  əməkdaşı Əli Zeynal, saat 14:15-də III Respublika Platforması İdarə Heyətinin üzvü Ruslan İzzətli.

Bu gün saat 15:00-da Demokratik Təşəbbüslər İnstitutunun  digər əməkdaşı Ramil Babayevin apellyasiya şikayətinə baxılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Sözügedən şəxslər martın 6-8-də “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıblar. Onlar 4 ay müddətinə həbs ediliblər. Jurnalistlər ittihamları rədd edirlər.

Beynəlxalq təşkilatlar jurnalistlərin və fəalların “Toplum TV” işi üzrə  təqib edilməsini pisləyib. Güc qurumları “Toplum” TV-nin avadanlıqlarını götürüb, onun YouTube və İnstagram hesablarındakı videomateriallar silinib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button