Loading...
Loading...
Xəbərlər

Bakı və Tehranın maraqlarının üst-üstə düşdüyü format

Bakı/23.12.21 Transregional qüvvələrin regionun işlərinə qarışmağa haqqı yoxdur –İranAzərbaycanın ümumi mövqeyi belədir. Çərşənbə günü Bakıda prezident İham Əliyevlə İranın xarici işlər naziri Əmir Abdullahianın görüşünün əsas leytmotivi budur.

3+3 formatı (Azərbaycan-Ermənistan-Gürcüstan + Rusiya, Türkiyə-İran- red.) regionda sabitliyə və sülhə xidmət edir, o deyib və əlavə edib ki, “transregional qüvvələrin regionun işlərinə qarışmağa haqqı yoxdur və region ölkələri öz problemlərini özləri həll edə bilər”.

Öz növbəsində İlham Əliyev deyib ki, Bakı siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri genişləndirmək istəyir, iki ölkə arasında mühüm layihələr isə başa çatdırılmalıdır.

“Regional məsələlər region ölkələri tərəfindən həll olunmalıdır və biz regiona daxil olmayan ölkələrin regional məsələlərə cəlb olunmasının əleyhinəyik”, – İranın dövlət KİV-ləri Əliyevdən sitat gətirir.

Qeyd edək ki, Azərbaycan tərəfinin rəsmi məlumatlarında transregional qüvvələr və ya ölkələrin adı çəkilmir.

Belə olan halda xarici qüvvələrin regionda proseslərə iştirakı və ya müdaxiləsi Ermənistan-Azərbaycan münaqişəsində mümkündür. Konkret desək, söhbət FransaABŞ-ın potensial müdaxiləsindən gedir.

Bu məsələdə Bakı və Tehran müttəfiq ola bilər. İranın azad edilmiş ərazilərin bərpası və yeni kommunikasiyaların açılması layihələrində iştirakı bu ittifaqı möhkəmləndirər.

Görünür, Tehran üçün vacib olan digər bir məsələ – şimal və Qara dənizə ticarət dəhlizinin olması məsələsi də həll olunur. Bu, Ermənistanın yol infrastrukturuna böyük investisiyalar qoyulmasını vacibliyini aradan qaldırır.-02B-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button