2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda Azərbaycan-İraq konsulluq məsləhətləşmələri keçirilib

Martın 1-də Bakıda Azərbaycan və İraqın Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İraq nümayəndə heyətinə isə İraq Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Ahmed Ali Ameen Al-Sadi rəhbərlik ediblər, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. 

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İraq Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, məhkum olunmuş şəxslərə zəruri konsulluq yardımının göstərilməsi sahəsində səylərin gücləndirilməsi, o cümlədən məhkum olunmuş şəxslərin verilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi mövzularında müzakirələr aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin iki ölkə arasında miqrasiya, ədliyyə və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2024-cü ildə Bağdad şəhərində keçirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarını – qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmək üçün Yaxın Şərqə gedənlərin ailə üzvləri olan  uşaqları və qadınları vaxtaşırı İraqdan repatriasiya edir.

2023-cü ildə İraqdakı düşərgələrdən birindəki 120-yə yaxın uşaqlı qadın Vətənə qayıtmaq xahişilə Azərbaycan hakimiyyətinə müraciət edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button