2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakıda bu polis hər kəsi təəcübləndirdi – GÜNÜN FOTOSU

Azərbaycanda sosial şəbəkələrdə və mediada polislər haqda neqativ xəbərlər çox çıxsa da, hər kəsə bəllidir ki, humanist polislərin də sayı kifayət qədərdir. Sadəcə onların daha çox xoşolmayan görüntüləri müzakirələrə səbəb olur və 1 polisin etdiyi hərəkətə görə ümumilikdə Azərbaycan polisləri hədəfə alınır.

AZXEBER.COM-a müraciət edən Elçibəy Məmmədov adlı vətəndaş polislərə təşəkkür edib. O başına gələn əhvalatı danışıb:
“Bu gün işə gedərkən belə bir mənzərə ilə qarşılaşdım. Uzaqdan gördüm yaşlı kişi polisin əlini tutub. İlk olaraq fikirləşdim yəqin bu ağsaqqal da nəsə edib və ona cərimə yazırlar. Gözlədim gördüm yox, polis maşınları saxladıb, yolu keçə bilməyən bu dayını keçirirmiş.

Yolu keçəndən sonra gördüm kişi yükünün ağır olduğuny deyir və avtobusun nömrəsini soruşur ki, onu istiqamətləndirsin. 20 yanvar ərazisini yaxşı tanıyanlar bilir ki, burada çoxlu taksilər durur. Bu anda həqiqətən inanmayacağım bir şey oldu. Polis kişini avtobusa yox, taksilərin birinə əyləşdirib, pulunu da özü verib, istədiyi ünvana yola saldı. Bəzən həqiqətən belə polislərimizi görəndə adam sadəcə fəxr edir. Pisi deyirksə yaxşıları da deməliyik. Bu hadisə məni çox kövrəltdi və polis haqda fikirlərimi dəyişdi.

Saytların yığılması Saytlarin yigilmasi
Oxucu həmin ərazidə çəkdiyi fotonu da təqdim edib:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button