2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda enerji təhlükəsizliyi və "yaşıl" enerjiyə keçid məsələləri müzakirə edilib

Martın 1-də Bakıda nazirlərin Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində 10-cu görüşü, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 2-ci görüşü keçirilib. Sonra görüşlər “Cənub” qaz dəhlizi və yaşıl enerji”, “Cənub” qaz dəhlizi: gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerji mənbələrinin imkanlarından istifadə” sessiyalarında davam edib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, bu görüş Məşvərət Şurasının 10 illiyilə əlamətdardır və COP29 ərəfəsində, qlobal enerji keçidinə rəhbərliyin Azərbaycana həvalə edildiyi vaxtda keçirilir. Məşvərət Şurası enerji təhlükəsizliyi və enerji keçidi məsələlərinin uğurlu inteqrasiyası yoluyla ədalətli enerji keçidini təşviq edən platforma kimi yeni dövrə qədəm qoyur.

“Cənub” qaz dəhlizinin inkişafı və qaz təchizatının artırılması, “Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi”nin yaradılması və bərpa olunan enerji təchizatı regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir. Qaz tədarükünün artırılmasından danışan nazir bildirib ki, Azərbaycan  Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığının bu mühüm prioritetini həyata keçirməyə başlayıb. “Nəticədə Avropaya qaz ixracında artım 45 faizə, təchizatçı ölkələrin sayı isə 8 faizə yüksəlib. Ötən il Avropaya 11,9 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana  2,5 milyard kubmetr qaz ixrac edilib. Transbalkan boru kəmərindən əlavə marşrut kimi istifadə edilməsi artım dinamikasında rol oynayır. Bu ildən Azərbaycanın təqdim etdiyi əlavə həcmlər Serbiya, həmçinin buraxılış qabiliyyəti artırılmış TAP üçün təchizat mənbəyidir. Bütün bunlar, eləcə də “Abşeron Mərhələ 1”, “ACG deep-gas”, “Ümid Mərhələ 2” və “Qarabağ” layihələrinin işlənməsi üçün görülən tədbirlər Azərbaycanın səylərinin və indiki şəraitdə onun etibarlı tərəfdaş olmasının aydın göstəricisidir”, – nazir qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin qeyd olunub ki, 2030-cu ilə qədər Avropaya ixracı planlaşdırılan 10 GVt “yaşıl” enerjidən 5 GVt ixrac, eləcə də Mərkəzi Asiya ölkələrilə əməkdaşlıq “yaşıl keçidə” töhfə verəcək.

Avropa Komissiyasının energetika üzrə komissarı Kadri Simson öz çıxışında deyib: “Enerji təhlükəsizliyinə və bu həlledici onilliyə enerji keçidində uğura nail üçün etibarlı tərəfdaşlar arasında daha çox dialoq və əməkdaşlığa ehtiyac var. Azərbaycan qaz tədarükü sahəsində Avropa İttifaqının etibarlı tərəfdaşı olaraq  qalır. Məhz buna görə də hazırda “yaşıl” elektroenergetika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiririk. Biz artıq bu ilin sonunda COP29-da Azərbaycanla əməkdaşlığa ümid edirik”.

Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Nevzat Şatıroğlu öz çıxışında deyib: “Biz mənbələri və marşrutları şaxələndirməklə enerji təchizatının uzunmüddətli təhlükəsizliyinə nail olmalıyıq. Şərqlə Qərb arasında unikal coğrafi mövqeyə malik Türkiyə regionda enerji layihələri üçün mühüm vasitəçi olmağa davam edir”. “Cənubi Qafqaz boru kəməri, eləcə də TANAP və TAP layihələri dünyanın ən uğurlu enerji təşəbbüslərindən biridir”,- Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib. Bu layihələr ABŞ və Avropa dövlətləri, beynəlxalq maliyyə institutları və şirkətlər tərəfindən dəstəklənən ev sahibi ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığa yaxşı nümunələrdir. Gürcüstan “Cənub” qaz dəhlizi təşəbbüsünün tammiqyaslı inkişafına nail olmaq üçün Azərbaycan, Türkiyə və  “Cənub” qaz dəhlizinin digər iştirakçıları, Avropa İttifaqı nümayəndələri və maraqlı tərəflərlə fəal dialoqun davam etdirilməsinə sadiqdir”.

Moldovanın energetika naziri Viktor Parlikov deyib: “Azərbaycan və Türkiyə ərazisindən keçən alternativ təbii qaz nəqli marşrutları Avropa İttifaqı ölkələrinin və regional tərəfdaşların misilsiz həmrəyliyi sayəsində mümkün olub. “Bu əməkdaşlığın sayəsində Moldova enerji baxımından getdikcə daha da müstəqil olur”.

Sessiyalar çərçivəsində digər xarici nümayəndə heyətlərinin rəhbərləri də çıxış ediblər. Çıxışların əsas mövzusu regionda enerji tərəfdaşlığının davam etdirilməsi, enerji resurslarının Avropa İttifaqına sabit tədarükü və enerji keçidinin təmin edilməsi olub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button