2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda “Mercedes” körpüdən aşdı: 3 ölü, 2 yaralı

Paytaxtın Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral yolunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

“Mercedes” markalı avtomobil Bakı Dəniz Limanının yaxınlığındakı körpüdən aşıb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Avtomobilin sürücüsü Səlimov Səlim Zakir oğludur və adı açıqlanmayan qadın sərnişin hadisə yerində dünyasını dəyişib. 3 yaralı isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Onlardan birinin – 1993-cü il təvəllüdlü Cəlilov Gülağa İlham oğlunun vəziyyəti ağır olub və xəstəxanada vəfat edib.

Onun qardaşı – 1988-ci il təvəllüdlü Cəlilov Xəyyam İlham oğlu da hadisədə yaralananlardan biridir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button