Loading...
Loading...
Xəbərlər

Bakıda narkotik satan daha 11 nəfər saxlanılıb

Bakı/17.01.22 Bakının Xətai Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan 11 nəfəri saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildlriblər.

Məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Əməliyyatların Əhmədli və Köhnə Günəşli qəsəbələrində keçirildiyi bildirilir.

Əməliyyatlar zamanı Zaur Şəkərəliyev, Samir Qafarov, Elçin Əliyev, Əfsəl Musayev, Sonqulu Daşdəmirov, Tural Hüseynov, İlkin Mahmudov, Elçin Sərdərov, Rasim Məmmədov, Orxan Məmmədzadə və Elxan Abbasov tutulublar.

Saxlanılan şəxslər barədə araşdırma başlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. -05D-

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun