2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda XI Qlobal Bakı Forumu açılıb

Bu gün “Gülüstan” sarayında XI Qlobal Bakı Forumu açılıb. Forumun mövzusu: “Parçalanmış dünyanın bərpası”. 

Tədbir Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub.

Forumda dünyanın 70-dən çox ölkəsindən 350-dən çox qonaq iştirak edir.

Saytların yığılması Saytlarin yigilmasi

Qonaqların arasında bir sıra ölkənin keçmiş dövlət və hökumət rəhbərləri, həmçinin Albaniyanın hazırkı prezidenti Bayram Beqay da var.

Martın 16-dək davam edəcək Forumda COP28-in yekunları və COP29-a hazırlıq üzrə müzakirələr aparılacaq, yeni dünya düzəninə təhdidlər, təhlükəsizlik məsələləri və sülhün təminatı perspektivləri, bölünmüş dünyada sabitliyin bərqərarı və digər məsələlər nəzərdən keçiriləcək.

Həmçinin bəşəriyyət qarşısında duran çağırışların həlli yolları müzakirə ediləcək, dünyanı sarsıdan münaqişələr və meqatəhlükələrə, o cümlədən iqlim, ərzaq və nüvə təhlükəsizliyi  məsələlərinə toxunulacaq.

Qlobal Bakı Forumu dünya miqyaslı aparıcı beynəlxalq konfranslardan birinə çevrilib, Azərbaycan prezidenti İlham Əliyev Forumun açılışında deyib.

“Düşünürəm ki, bu gün Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir sırada durur”, – o əlavə edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button