2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda yol polisi vətəndaşa gülməli bildiriş göndərdi – Video

Bakıda piyada zolağından keçən şəxs ilə yol polisi arasında mübahisə yaşanıb. Piyada yaşıl işıqda keçdiyini iddia etsə də, yol polisi qırmızı işıqda keçdiyini deyərək ona protokol tərtib edib.

Uzun çək-çevirdən sonra piyada protokola imza atmadan gedib. Bir neçə gün əvvəl isə yol polisi həmin piyadanin ünvanına bildiriş göndərib. Ünvana gələn bildiriş isə gülüş obyektinə çevrilib.
“Piyada markalı” və “piyada dövlət qeydiyyat nişanlı avtomobil”… Beləliklə sürücülər üçün nəzərdə tutulan bildiriş piyadanın ünvanına göndərilib.
Hadisə bir neçə gün əvvəl paytaxt sakini Cəfər Cəfərlinin başına gəlib. Onun sözlərinə görə, Səbail rayonu ərazisində – İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində yolu keçərkən yol polisi onu saxlayıb. Həmin vaxt ərazidə xidmət aparan yol polisi Cəfər Cəfərliyə protokol yazaraq 20 manat cərimə edib.
Ekspertlər deyirlər ki, bu cür bildiriş formalarının vətəndaşlara göndərilməsi normal hal sayıla bilməz. Əslində qayda pozuntusuna görə piyada, sürücü, hətta sərnişinə qarşı da ayrıca bildiriş növləri tərtib edilməlidir. O ki, qaldı piyadanın həmin ərazidə cərimələnməsinə nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, əgər hadisə həqiqətən də piyadanın dediyi kimi baş veribsə, ona yazılan cərimə doğru deyil. Piyada Cəfər Cəfərli məhkəməyə müraciət etməklə ona göndərilən bildirişi ləğv etdirə bilər.
Xezerxeber mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button