2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakının mərkəzində "8 Marş – duruş sərgiləyirik" adlı piket keçiriblər

Martın 8-də feminist aktivistlər Bakının mərkəzində “8 Marş – duruş sərgiləyirik” adlı piket keçiriblər.

Aksiya iştirakçıları bildirib ki, polis əməkdaşları barrikada quraraq bir neçə aksiya iştirakçılarını piket yerinə buraxmayıblar.

Aksiyanın əvvəlində polis əməkdaşları iştirakçılarının plakatlarını cırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Piketdə onlar qadınlara qarşı zorakılığını pisləyiblər, ona son qoymağa çağırıblar.

Aktivistlər mühafizə orderləri qısa müddətdə və maneəsiz verməyə, qadınların sosial və iqtisadi azadlığını təmin etməyə, qanunların kağızda yox, real həyatda işləməsinə çağırıblar. Feminstlər həmçinin əlilliyi olan qadınlara diskriminasiyanı, erkən nikahları pisləyiblər.

Onlar həmçinin həbsdə olan jurnalistlər Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın həbsini da pisləyiblər.

Aksiya zamanı fəallar “Gender əsaslı zorakılığa son!”, “Erkən nikahlara son!”, “Meydanda da yan-yana, zindanda da yan-yana!”, “Barışdırma araşdır”, “Qızları qoru, gələcəyi qoru” şuarlar səsləndiriblər.

Aksiya zamanı saxlanılan olmayıb.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button