2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakıya gələn tələbələrin yataqxana arzusu

2021/2022-ci tədris ili əyani formada təşkil olunacaq. (Ötən tədris ili koronavirus pandemiyası üzündən qarışıq formada başa vurulmuşdu)

Bununla bağlı sentyabrın 7-də qərarı açıqlayan Təhsil naziri Emin Əmrullayev bildirib ki, sentyabrın 22-dən orta məktəblərin ibtidai, 29-dan isə yuxarı sinif şagirdləri və ali məktəblərin tələbələri təhsili ənənəvi formada başlayacaqlar. Bu da o deməkdir ki, bu il, hələlik, (boş yerlər qalıb) tələbə adını qazanmış 44 min 861 nəfərin bir hissəsi rayonlardan Bakıya üz tutacaq. Bəs Bakıya gələn tələbələr harada yaşayacaq? Tələbələr üçün lazımı yataqxanalar varmı? Hələ ötən əsrin sonlarından paytaxtdakı yataqxanaların əksəriyyətində məcburi köçkünlər məskunlaşdırılıb. Tələbələr yenidən kirayə evlərəmi üz tutacaqlar?

“Ayda 120 manat pul verirdim”

L.Ağayeva (adının tam çəkilməsini istəmir) Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. O da AzadlıqRadiosuna bildirib ki, oxuduğu universitetin yataqxanası olsa da, orada məcburi köçkünlər yerləşdirilib: “Universitetə qəbul olanda yataqxana ilə maraqlandım, dedilər ki, orada məcburi köçkünlər qalır. Ona görə məcbur olub başqa üç qızla bir yerdə kirayə ev tutduq. Ayda 120 manat pul verirdim”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, ötən il dərslər, əsasən, distant formada təşkil edildiyinə görə öz yaşadığı rayonuna qayıdıb: “Bu il isə yenə Bakıya gəlib mənzil axtarmalıyam. Dərslərin başlamasına da az qalıb deyə, kirayə evlərin qiymətlərini qaldırıblar. Necə olacaq, bilmirəm”.

Ev sahibləri ehtiyat edir…

Bakıda daşınmaz əmlak rieltoru Əhməd Süleymanov da “Turan”a deyib ki, evlərin kirayəsi üçün müraciət edənlərin sayı çox olsa da, mənzil sahibləri öz mülklərini tələbələrə icarə verməyə tələsmir: “Tələbat çoxdur, təklif isə az. Ev sahibləri ehtiyat edir ki, ötən ildəki kimi universitetləri açıb bir aydan sonra bağlayacaqlar, tələbələr də öz evlərinə qayıdacaq. Az adam bu qeyri-müəyyən vəziyyətdə öz evini kirayə verməyə hazırdır. İcarəyə verənlər ailələrə üstünlük verir”.

48 yataqxana binası var, amma…

Təhsil Nazirliyindən isə “Turan”a bildirilib ki, hazırda qurumun nəzdində olan ali təhsil müəssisələrinin tabeçiliyində ümumilikdə 48 yataqxana binası var. Nazirlikdən əlavə edilib ki, bu binalar doqquz universitetə aiddir: “Bunlar Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetidir. Həmin yataqxanalar tələbələrinin az qismini yaşayışla təmin edə bilir”.

Qurumdan qeyd olunub ki, Bakı Dövlət Universitetinin tələbə yataqxanası əsaslı təmir olunub və tələbələrin istifadəsinə hazır vəziyyətə gətirilib: “Beşmərtəbəli, 220 yerlik “Tələbə evi” həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1000 nəfərlik tələbə yataqxanası da istismara hazırdır”.



Direct-ə keçid

  • 270p | 15,2MB

  • 360p | 21,7MB

“Bununla tələbələr kirayə problemini həll etsinlər”

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda hazırda tələbələrin hamısını yerləşdirmək üçün yataqxana təminatı yoxdur: “Yalnız bir neçə universitetlərin yataqxanası var. Bu da ümumi tələbələrin yalnız 0.7 faizini əhatə edə bilir”.

Ekspert hesab edir ki, belə vəziyyətdə yeganə çıxış yolu kirayə evlərdir: “Lakin pandemiya dövrü bu, kifayət qədər riskli və təhlükəlidir. Əksər hallarda bir evdə bir neçə şəxs qalır”.

K.Əsədovun sözlərinə görə, dövlət hündürmərtəbəli evlərinin bir neçə mərtəbəsini alıb yataqxana təşkil etməlidir: “Bununla tələbələr kirayə problemini həll etsinlər”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button