2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
XəbərlərYerli biznes xəbərləri

“Baku Steel Company”nin keçmiş rəhbəri ilə bağlı qərar verildi

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Rasim Məmmədovun həbs müddəti 3 ay azaldılıb.

Maraqlı şəxsin şikayəti isə təmin olunmayıb.

Qeyd edək ki, “Baku Steel Company”nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button