2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Bandotdel”də jurnalistə aylarla işgəncə verilib, qardaşı öldürülüb – Qan donduran müraciət

Həbsdə olan jurnalist, 7gün.az saytının baş redaktoru Cavid Şirəliyev amansız işgəncələrə məruz qaldığını bildirib. O, qanunsuz həbsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzləşdiyi işgəncələrlə bağlı vəkili vasitəsi ilə xalqa müraciət edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev onun müraciətini ictimaiyyətə açıqlayıb:

“30 avqust 2014- cü il tarixdə mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq “Bandotdel”- ə gətirilmişəm. Orda məndən etirafedici ifadə almaq üçün idarənin zirzəmisində əlimi, qolumu bir- birinə qandallayaraq dubinka ilə, təpiklə dğyərək hər iki ayağımın baş barmaq dırnaqlarımı çıxaranda ğzümdə güc toplayıb “qardaşlarım axı mən azərbaycanlıyam” deyə qışqırdım. Üzü vəhşi maskalılardan biri “səni elə bir günə salacağıq ki, bundan sonra jurnalistika sahəsinə nifrət edəcəksən” dedi.

Saytların yığılması Saytlarin yigilmasi

Təxminə 10 gün “bandotdel”- də dilə gətiriləsi mümkün olmayan işgəncələrə, qeyri- insani rəftara və ləyaqəti alçaldan hərəkətə məruz qaldım. Bir neçə dəfə gözümün qarşısında içinə tüpürdükləri yeməyi mənə zorla yedirtmək istədilər. İmtina etdikdə isə həmin yeməyi üzümə çırpdılar. Gün ərzində içmək üçün mənə ancaq duzlu su verirdilər. Bu minvalla hər ay 10 gün olmaqla 8 ay müddətində “bandotdel”- də həmvətənlərimiz olan polislər məni dünyaya gəlməyimə peşman etdilər. Baş verənləri ictimailəşdirəcəyim təqdirdə ailə üzvlərimə təxribat və sui- qəsd oluncağını dedilər. Bundan təxminən 20- 25 gün sonra Silahlı Qüvvələrin zabiti olan kiçik qardaşım amansızlıqla öldürüldü. Mən müdafiəsiz vəziyyətdə real təhlükə ilə üz- üzə idim”

Cavid Şirəliyev müraciətinin sonunda “üzləşdiyim vəhşəti hər bir şəxsin yaşaması mümkündür” deyərək xalqı birliyə və Azadlıq ugrunda mübarizəyə səsləyib.

Daxili İşlər Nazirli hələlik müraciətə münasibət bildirməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button