2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank renkinqləriBank xəbərləriXəbərlərİpoteka kreditləri

Bankların ipoteka kreditlərinin həcmi, rüblük dinamikası və bazar payına görə RENKİNQİ (01.04.2023)

Azərbaycan bankları 2023-cü ilin birinci rübündə də ölkənin sosial əhəmiyyətli daşınmaz əmlak kreditlərinə marağını azaltmadılar və ilin ilk rübü tarixdə ilk dəfə olaraq portfel 3 mlrd. manat üzərində qapandı.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi göstəricilərə əsasən 1 aprel 2023-cü il tarixinə ipoteka kreditlərinin həcmi 3 mlrd. 124.8 mln. manat oldu. Bu da rüblük 1.4 faizlik yüksəlişdir.

Tərtib edilmiş renkinqdə önder dəyişmədi. Dövlətin və eləcə də bank sektorunun sistem əhəmiyyətli ABB-si (Azərbaycan Beynəlxalq Bankı) ipoteka kreditlərinin həcmini rüb ərzində 6 faiz artırmaqla 973.68 milyon manata çatdırdı. İkinci sırada “Kapital Bank” ASC 443.86 mln. manatla (+6.6 faiz) və üçüncü sırada isə “Xalq Bank” ASC 332.81 mln. manatla (+4.9%) dayanır.

Ümumi aktivlərində əsasən ipoteka kreditləşməsinə güc verən “Bank BTB” ASC dördüncü sırada 167.17 mln. manatla mövqeyini qoruyub, lakin rüblük həcmdə cüzi eniş var.

 

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button