2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Baş nazir: “Beynəlxalq Bankın sabiq rəhbərliyinin cinayətkar fəaliyyəti vəziyyəti pisləşdirib”

“Dünya iqtisadiyyatında mənfi tendensiyalar Azərbaycanın tədiyyə balansına mənfi təsir edib”
Bunu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rəsizadə deyib.
Onun sözlərinə görə, sistem əhəmiyyətli “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin əvvəlki rəhbərliyinin cinayətkar fəaliyyəti daha pis vəziyyətin yaranmasına səbəb olub.
“Ölkədə bank sektorunda vəziyyəti qiymətləndirmək üçün prezident İlham Əliyevin sərəncamları ilə Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası yaradılıb. Bank sektorunda vəziyyət araşdırılıb və ölkənin iqtisadi durumu sabitləşib. Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində qlobal iqtisadiyyatda mənfi təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimum səviyyəyə endirilib”, – deyə o bildirib.
Baş nazir qeyd edib ki, ötən il qeyri-neft sektorunda ÜDM artımı 5% təşkil edib: “Ötən il büdcənin sosialyönümlü olması əmək haqları və pensiyaların artırılmasına imkan verib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button