Xəbərlər

Baş prokuror itkin düşən əsgərlərin ailələri ilə görüşüb (Video)

Aprelin 8-də Bakıda Prezident Administrasiyası qarşısında toplaşan itkin düşmüş hesab olunan əsgərlərin valideynlərini Baş prokuror Kamran Əliyev qəbul edərək şikayətlərini dinləyib.

İkinci Qarabağ müharibəsində itkin düşmüş sayılan hərbi qulluqçuların valideynləri gileylənirlər ki, dövlət qurumları onların dərdinə lazımı səviyyədə diqqət ayırmırlar.

Bildirildiyinə görə, baş prokuror onların problemi ilə yaxından məşğul olduqlarını valideynlərin diqqətinə çatdırıb.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın 20-dən çox hərbi qulluqçusunun itkin düşmüş sayıldığı bildirilib.

Xatırlatma

2020-ci il Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu müharibə nəticəsində Azərbaycanın 2 min 900-ə yaxın hərbi qulluqçu itirdiyi açıqlanıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “Baş prokuror itkin düşən əsgərlərin ailələri ilə görüşüb (Video)” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button