Loading...
Loading...
Gündəm

Baş Prokurorluq: “11 yaşlı uşaq anasının tanışı tərəfindən öldürülüb”

İkram Hüseynov şübhəli şəxs qismində saxlanılıb”

Baş Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb.

Bildirilir ki, azyaşlı – 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy Rayon Polis şöbəsində araşdırma aparılıb: “İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb”.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin başlandığı bildirilir.

Prokururluq qeyd edib ki, İkram Hüseynov şübhəli şəxs qismində saxlanılıb və istintaq davam etdirilir.

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button