2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Baş Prokurorluq bir sıra media və sosial şəbəkələrin istifadəçilərini cəzalandırıb

Bakı/21.12.21 Azərbaycan Baş Prokurorluğu bir sıra media orqanları və sosial şəbəkələrin istifadəçilərinin barəsində tədbirlərin görüldüyünü bildirib.

Baş Prokurorluğun məlumatında deyilir ki, sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatların sensasiya naminə davamlı surətdə yayılmasına görə 2021-ci ilin dekabrın 16 və 17 dekabr tarixlərində Zamiq Abuşov, İlqar Mahmudov, Mehdi İbrahimov və Rza Səfərsoya “Prokurorluq haqqında” Azərbaycan Respublikası qanununun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıqlar edilib.

Bundan əlavə, məhkəmənin qərarı ilə jurnalist Səxavət Məmmədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsilə 500 manat məbləğində cərimələnib.

Saytların yığılması Saytlarin yigilmasi

“Ölke.az”, “manevr.az” və bir sıra digər onlayn nəşrlər problemlərin həlli yolu kimi intihara bəraət qazandırmağa, təbliğata”,  görə  intihar üsullarının izahına görə 388-1.1-ci maddə ilə 1500 manat məbləğində cərimə edilib.

Bununla yanaşı, Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Canmirza oğlu Ağacanova intihar haqqında qadağan olunmuş məlumatların yayılmasına görə xəbərdarlıq edilib.—06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button