Dünya
Başları bitişik əkizlər ilk dəfə bir-birini gördü – 2,5 milyon dollarlıq əməliyyat – FOTO
ABŞ-da başları bitişik doğulan 13 aylıq əkizlər 27 saatlıq əməliyyatdan sonra bir-birindən ayrılıb.
Publika.az xəbər verir ki, Jadon və Anias Makdonald qardaşları əməliyyatdan sonra 1 aya sağalıb. Bitişik doğulduqlarından 13 aylıq əkizlər əməliyyatdan sonra ilk dəfə bir-birlərini görüb.
27 saatlıq əməliyyat 2,5 milyon dollara başa gəlib.