2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Bayden: ABŞ öz xalqına nəfəs almaq azadlığı verənləri dəstəkləyəcək…

Məlumata görə, sammit davam edən vaxt Çin hip-hop musiqi videosu yerləşdirməklə trolluq edib. Həmin musiqidə deyilirmiş ki, “amerikalılar Coca – Colanı satdıqları kimi demokratiyanı da satırlar”

ABŞ-ın təşəbbüsü ilə təşkil olunan iki günlük Demokratiya Sammiti başa çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Koronavirus pandemiyası səbəbindən sözügedən sammit virtual rejimdə keçirilib.

Amerikanın Səsinin yazdığına görə, forum ABŞ-ın demokratik dünyanın lideri kimi ənənəvi rolunu canlandırmaq cəhdində üzləşdiyi çətinlikləri üzə çıxarıb.

Ağ Evin rəhbəri onlarla ölkənin liderləri, qeyri-hökumət və xeyriyyə təşkilatlarının nümayəndələri qarşısında yekun nitqində deyib ki, demokratiya “hər hansı sərhəd tanımır”.

Co Bayden deyib ki,, Birləşmiş Ştatlar demokratik dəyərləri bölüşən hər kəslə işləməyə sadiqdir.

Birləşmiş Ştatlar “öz xalqına nəfəs almaq azadlığı verənləri və onları tiranlıqla boğmağa çalışmayanları” dəstəkləyəcək.

ABŞ prezidenti bir neçə dəfə vurğulayıb ki, dünya avtokratik rejimlərlə demokratik dövlətlər arasında mübarizədə “dönüş nöqtəsinə” çatıb.

Virtual sammitin ilk günündə ABŞ prezidenti bütün dünyada mətbuat azadlığına, ədalətli seçkilərə və antikorrupsiya kampaniyalarına dəstək üçün 424 milyon dollar vəd edib.

Ağ Evin təşkil etdiyi bu sammitdə Çin və Rusiya iştirakçılar siyahısına daxil edilməyib. (Cənibi Qafqazdan bu sammitə Gürcüstan və Ermənistan dəvət edilsə də Azərbaycan bu siyahıda olmayıb) Demokratiya sammitinə dəvətli olmayan Moskva və Pekin Bayden administrasiyasını Soyuq Müharibə tərzində ideoloji parçalanmaları qızışdırmaqda ittiham edib.

Radionun yazdığına görə, Bayden virtual forumu idarə edən zaman ABŞ-ın əsas geosiyasi rəqibi Çin sammiti istehzalı təbliğatla, o cümlədən internetdə ingilis dilində hip-hop musiqisi videosunu yerləşdirməklə trollayib. Beləki orada deyilirmiş ki, amerikalılar “Coca-Cola satdıqları kimi demokratiyanı da satırlar”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button