2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bayden administrasiyası Ukraynaya yeni silah yardımı ayırıb

Çərşənbə axşamı Bayden administrasiyası Ukraynaya 300 milyon dollarlıq yeni silah paketi göndərəcəyini açıqlayıb. Bir müddət əvvəl Konqresdə respublikaçılar Ukraynaya pul deyil, kredit verməyə çağırıblar. Dövlət Departamenti bu təklifi rədd edib. “Ukrayna sağ qalmağa və ayaq üstə durmağa çalışdığı bir vaxtda biz ona milyardlarla dollar xarici borc yükləmək istəmirik”, deyə mətbuat katibi Metyu Miller Turan-ın suallarına cavabda bildirib. 

Ağ Ev bildirib ki, Pentaqon Ukraynaya Stinger zenit raketləri, HIMARS üçün döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə vasitələr, partlayıcı vasitələr və atıcı silah üçün döyüş sursatları, habelə ehtiyat hissələri və digər avadanlıqlar ayırmaq fürsəti əldə edib.

“Biz Nümayəndələr Palatasını administrasiyanın Ukraynaya həyati əhəmiyyət kəsb edən yardımı göstərmək təklifini mümkün qədər tez qəbul etməyə çağırırıq”, deyə Entoni Blinken bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabr ayından etibarən Bayden administrasiyası Ukraynaya hərbi yardımın böyük hissəsini ehtiva edən 105 milyard dollarlıq əlavə xərclər haqqında qanun layihəsini qəbul etməsi üçün Konqresə təzyiq göstərir. Lakin Nümayəndələr Palatasında respublikaçıların rəhbərliyi bu qanun layihəsinin lehinə səs verməkdən imtina edib.

Çərşənbə axşamı Bayden administrasiyası Ukraynaya Xarici yardım haqqında Qanun çərçivəsində əlavə olaraq 126 milyon dollar ayırmaq planlarını da açıqlayıb. 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button