2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bayden Ukraynaya yeni yardım ayırıb və Zelenskini “ümidini itirməməyə” çağırıb

Vaşinqton/13.12.23/Turan: Bazar ertəsi və çərşənbə axşamı Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonda görüşlər keçirərək Konqresdə gecikmələr fonunda Amerikanın yardımının artırılmasına çalışıb.

Öz növbəsində, Ağ Ev əlavə 200 milyon dollar yardım, Rusiyaya qarşı yeni sanksiyalar barədə elan edib və Zelenskini “ümidini itirməməyə” çağırıb, Turan-ın Vaşinqtondakı müxbiri Ağ Evdən bildirib.

“Biz sizin tərəfinizdə qalacağıq”, – Oval ofisdəki danışıqlardan sonra mətbuat konfransı zamanı prezident Bayden Zelenskiyə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Cənab prezident, mən Ukraynanı tərk etməyəcəm, eyni zamanda Amerika xalqı da”, – o qeyd edib.

Bayden təxminən iki ildir ki, ABŞ-a, 50-dən çox ölkədə onun müttəfiq və tərəfdaşlarının güclü və sarsılmaz dəstəyinə arxalanaraq Rusiyanın tammiqyaslı təcavüzünə qarşı çıxan Ukrayna müdafiəçilərini tərifləyib.

“Biz getməsək, Ukrayna bu müharibədən qürurla, azad və Qərbə möhkəm bağlı şəkildə çıxacaq”, -Bayden deyib.  “Putin ABŞ-ın Ukraynaya kömək edə bilməyəcəyinə əsaslanır. Onların  səhv olduğunu sübut etməliyik”, – o davam edib.

Bayden həmçinin Konqresi kompromisə nail olmağa və əlavə yardım paketini qəbul etməyə çağırıb, bildirib ki, ABŞ Konqresi Ukraynaya dəstəkdən imtina edərək Putinə “Milad hədiyyəsi” etməməlidir.

Zelenski bu fikri dəstəkləyərək deyib ki, Ukraynaya yardım “demokratiya arsenallarının inkişafını stimullaşdırır”.

“Mən siqnallar aldım… bunlar müsbətdən daha çox idi, biz bilirik ki, sözləri və nəticələri ayırmaq lazımdır. Ona görə də konkret nəticələrə ümid edirik”.

Bayden Zelenskinin səfəri zamanı 200 milyon dollarlıq yeni hərbi yardım müqaviləsini imzalasa da, Konqres sərhəd üzrə qanun layihəsilə əlaqədar fikir ayrılığı səbəbindən Ağ Evin Ukraynaya 61 milyard dollarlıq yardım tələbinə biganə qalır.

“Mən hazıram və artıq kompromisləri təklif etmişəm”, – Bayden deyib. “Sərhəddə respublikaçıların mövqeyinə görə Ukraynanın maliyyələşdirilməsini girov kimi saxlamaq düzgün deyil”, – o deyib.

Gələcəkdən danışan Zelenski qeyd edib ki, əsas diqqət Ukraynanın hava hücumundan müdafiəsinin artırılmasına və “Ukrayna ərazisində Rusiya logistikasının məhv edilməsinə” yönəldiləcək.

O həmçinin Rusiyanın dondurulmuş aktivlərilə “daha çevik işləməyə” çağırır: “…300 milyarddan çox. Onlardan Rusiya terrorundan qorunmaq üçün istifadə etməliyik”, – o deyib.

Zelenskidən Rusiya ilə razılığa gəlmək üçün Ukrayna ərazisinin bir hissəsindən imtina ehtimalı barədə soruşduqda, o bu fikri “gülünc” adlandıraraq qəti şəkildə rədd edib.

“Biz adamlar  haqda danışırıq — onlara işgəncə verirlər, təcavüzə məruz qoyurlar və öldürürlər, – o deyib, “və bizim ərazilərimizi verməyi təklif edən səslər bizim adamları da verməyi təklif edirlər”.

“Mən bimirəm bu kimin ideyasıdır.  Ancaq bu adamlara sualım var, onlar öz uşaqlarını terrorçulara verməyə hazırdırlarmı? Məncə yox!”

Hər iki prezidentin qarşısında Ukraynanın NATO-ya potensial daxil olması məsələsi də var: “Biz müttəfiqik, amma NATO üzvü deyilik. Bizim böyük dostumuz prezident Baydendir”, – Zelenski deyib.

“NATO Ukraynada olacaq – buna şübhə yoxdur”, – Bayden sözlərinə davam edib. -0-

 

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button