2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Baydenin Konqresdən əlavə istəyinə Qarabağ ermənilərinə humanitar yardım daxildir

Bayden administrasiyası Konqresdən Qarabağ münaqişəsində zərərçəkənlərə humanitar yardımı əhatə edən milli təhlükəsizlik paketi çərçivəsində əlavə resurslar istəyir, Turan-ın Vaşinqton müxbiri bildirib.

Çərşənbə günü Ağ evdə keçirilən mətbuat konfransında prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, administrasiyanın sorğusu “bütün dünyada münaqişələrdən zərər çəkən həssas insanlara” humanitar yardımı nəzərdə tutur.

“Buraya Rusiyanın təcavüzü zamanı öz evlərini tərk edən milyonlarla ukraynalı, həmçinin Sudan və Dağlıq Qarabağda münaqişələrdən əziyyət çəkənlər daxildir”, – o deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Qəzza zolağında 2 milyondan çox fələstinli də dəstək alacaq”, – Sallivan deyib.

Ağ Ev bu istəyin hansı hissəsinin Qarabağ köçkünlərinə ayrılacağını açıqlamayıb, lakin Dövlət Departamenti dəqiqləşdirib ki, söhbət nağd puldan yox, humanitar yardımdan gedir.

“Əlavə tələbdə ABŞ-ın bütün dünyadakı münaqişələrə reaksiya vermək üçün istifadə edə biləcəyi humanitar yardımdan danışılır”, – Dövlət Departamentinin mətbuat katibi Metyü Miller Turan-ın müxbirinin sualını cavablandırarkən deyib.

Lakin Konqresdəki respublikaçıların əksəriyyətinin əhval-ruhiyyəsi elədir ki, yaxın gələcəkdə bu qanun layihəsinin qəbulu çətin ki mümkün olsun.

Respublikaçılar təkid edirlər ki, istənilən beynəlxalq hərbi və humanitar yardım paketi ABŞ-Meksika sərhədində təhlükəsizliyin təminatı üzrə tədbirləri də əhatə etməlidir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button