24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Baykal gölünün sirrləri — Yad Planetlilərin bazası, yoxsa…

Dünyanın müxtəlif ərazilərinin yadplanetlilərlə əlaqəsi olduğu iddia edilir. Bu məkanlardan biri də Baykal gölüdür. Digər sirli ərazilər kimi Baykalın da yadplanetlilərin bazası olduğu bildirilir.

Baykaldan başqa, Rusiyanın digər ərazilərində də sirr və müəmmalarla dolu hadisələr baş verir. Baykal gölü isə başqa bir məsələdir. Məlum olduğu kimi təkcə göl yox, onun olduğu ərazi də sirrlərlə doludur. Şamanlar və möhvümat gölün adi bir göl olmadığına istənilən şəxsi inandıra bilər. Əgər göl adi deyilsə, deməli, ufoloqlar haqlıdır, yaxınlıqda haradasa mütləq UNO var. Çünki bütün bu hadisələr bir-biri ilə əlaqəlidir.

Bunun belə olub-olmadığını dəqiq söyləmək mümkündür. Amma naməlum obyektlərin zaman-zaman gölün yanında, üzərində və dərinliyində peyda olması faktdır. Təbii ki, bunun tam dəqiq şahid ifadələri və faktları ilə sübut etmək çətindir. Amma bunu təsdiq edən çoxsaylı şahid ifadələri var. Buna görə də ərazinin və gölün həqiqətən də qeyri-adi məkan olduğu barədə fikir formalaşır.

Sonuncu “kosmik” hücumlardan 2006-cı ilin birinci yarısını xüsusilə qeyd etmək lazımdır. Bolşie Koti qəsəbəsində tez-tez göydə nizamsız şəkildə uçuşan çoxsaylı alov şarlarını görmək mümkün idi. Ölçüsünə görə bu şarlar futbol topundan böyük deyildi. Buna görə də düşünülürdü ki, bu uçan aparat yox, hansısa həyat formasıdır.

2007-ci ilin əvvəllərində UNO-lar Baykal gölü ətrafında yerləşən İrkutsk sakinlərinin əsəblərini korlayırdı. Bəzi obyektlər uzun müddət səmada sallanıb qalırdı və bir çox şəhər sakini onu görmüşdü. Bəzi skeptiklərin fikrinə görə, bu Venera planeti idi. Söyləmək lazımdır ki, bu səma cisimlərini UNO kimi qəbul etmək mümkündür. Çünki bəzi fazalarda bu səma cisimləri çox böyük olur və gözlə asanlıqla müşahidə etmək mümkünlüyü yaranır.

İrkutskda gülməli bir hadisə də baş vermişdi. Venera planetini görən təyyarələrdən birinin ekipajı göyə qalxmaqdan imtina etmişdi. Əgər pilotlar səhv edə bilirdilərsə, adi insanlardan nə gözləmək olardı? Təbii ki, əgər bu həqiqətən də Venera planeti olubsa…

Bu tip hadisələr İrkutskda tez-tez baş verib. Çox güman ki, bunlar hamısı göl ilə əlaqəlidir. Görəsən yadplanetlilərin Baykal gölündə nə işləri olub?

Ufoloqların fikrinə görə, göl yadplanetli kosmik gəmilər üçün baza rolunu oynaya bilər. Yer kürəsində ən çox Antarktida və Baykal gölü yadplanetlilərin kosmik gəmiləri üçün baza rolunu oynayır. Daha doğrusu, mətbuata bu tip xəbərlər təqdim edilir.

Antarktida ilə məsələ aydındır: bu ərazi insanların səfəri üçün çətin qitədir və burada asanlıqla gizlənmək olar. Bəs niyə Baykal gölü? Axı daha dərin okeanların böyük ənginliklərində rahatlıqla gizlənmək olar. UNO-ları Avrasiyanın mərkəzinə hansı qüvvə çəkib? Amma Avropa və Asiya ərazisində bu dərinlikdə göl varmı? Təbii ki, yoxdur. Baykal ən dərin göldür. Əgər yadplanetlilər bəşəriyyət sivilizasiyasından məsafəli qalmaq istəsəydilər, təbii ki, ideal sığınacaq üçün Baykal gölü əla variant ola bilərdi. Əgər həqiqətən də planetimizdə yadplanetlilər varsa, bu versiya həqiqətə uyğundur. Təbii ki, Yerdə yadplanetlilərin olub-olmadığını dəqiq deyə bilmərik. Biz sadəcə versiya, hipotezləri oxucularımızla bölüşürük.

Qeyd etmək yerinə düşər ki, Baykal sularında hansısa bazanın yerləşdirilməsi barədə çoxsaylı şahid ifadələri var. Bundan başlayaq ki, bu günə qədər də alimlər gölün dəqiq dərinliyi barədə məlumata sahib deyillər. Bəzi iddialara görə Baykalın dərinliyi 1 kilometrdən çoxdur. Əgər bu belədirsə, deməli gölün dərinliyi tamamilə görünməz sualtı koloniyanın tikintisi üçün uğurlu seçimdir.

Müxtəlif şahid ifadələrinə görə, müəyyən vaxtlarda suyun altından böyük işıq şüası və müxtəlif qəribə alovlar görünüb. Məsələn, 1977-ci ildə turist qrupu tərəfindən suda qəribə işıq zolaqları qeydə alınıb. Onlar qayıqla işıq zolağına yaxınlaşanda, zolaq yoxa çıxıb. Amma əvəzində işıldayan dairə meydana çıxıb və bir müddət sonra bu da yoxa çıxıb. Bu tip şahid ifadələrinin reallığı nə qədər əks etdirdiyini qiymətləndirmək çətindir, amma bu ifadələr müntəzəm olaraq daxil olub və qeydə alınıb. Bir çox hallarda sakinlər suyun altında alovların tərpəşdiyini, sudan şarların və disk formalı obyektlərin uçduğunun şahidi olublar.

Başqa bir şübhəli hadisə 1982-ci ildə baş verir. Təlim məşq toplantısında hərbi dalğıclar göldə qəribə, insanabənzər 3 metrlik məxluqlarla rastlaşırlar. Bu məxluqlar suyun altında akvalanqsız, sfera formalı dəbilqə ilə hərəkət edirmişlər. Şahid ifadəsinə görə hərbçilər təcili surətdə naməlum məxluqları saxlamaq qərarına gəliblər.

Hadisə gölün 50 metr dərinliyində baş verib. Belə bir dərinlikdə dalğıc çox diqqətli olmalıdır. Çünki 50 metr təhlükəli dərinlik sayılır və bu dərinlikdən tez çıxmaq olmaz. Hərbi dalğıclar məxluqlardan birinin üzərinə tor atırlar. Amma hansısa qüvvə onları qəflətən suyun üst hissəsinə itələdi, bütün qrup kesson xəstəliyinə düçar oldu. Deyilənlərə görə, dalğıclardan biri həlak olub.

Buna inanıb-inanmamaq oxucunun öz işidir. Amma 1982-ci ildə baş verən hadisəni 100 il məxfi saxlamaq olmazdı. Həm də hadisə hərbçilərin başına gəlmişdi.

Başqa bir hipotezə görə göldə naməlum şüurlu həyat forması yarana bilərdi. Bu versiya 1982-ci ildə insanabənzər qəribə məxluqlarla rastlaşma faktını haradasa izah edə bilər. Baykalda inkişaf etmiş sivilizasiya yarana bilərdimi? Əgər göldə indiyə qədər məlum olmayan məxluqların yaşadığını desək, mümkündür. Amma bu məxluqların gözəgörünmədən yaşamaları və böyük templə inkişaf etmələrini təsəvvür etmək çox çətindir. Demək olar ki, bu mümkünsüzdür.

Amma istisna etmək lazım deyil ki, məsələ ən inanılmaz və fantastik nəzəriyyələrdə yox, sadə müdafiə sirrindədir. Çox güman ki, Baykal sahillərindəki qayalarda məxfi hərbi baza olub.

Məlumdur ki, bütün ölkələrin hərbi nəzəriyyəçiləri həmişə rəqibin gözündən mümkün qədər uzaqda yerləşən hərbi bazalar arzulayıblar. Onları harada inşa etmirdilər ki? SSRİ ərazisində yüzlərlə yeraltı obyekt var. Qayalarda və qayaların altında böyük bir şəhər inşa edilirdi. Ərazidə yaşayan sakinlər də bu məxfi bazalar barədə kiçik məlumata da malik deyildilər. Belə obyektlərdən bəziləri bu gün də mövcuddur.
Bu məxfi obyektlərdə bomba hücumlarından qorunmaq üçün sığınacaq, gizli savodlar, raket şaxtaları, tədqiqat institutları, təhlükəli istehsal müəssisələri və qısa sözlə, çox şey yerləşdirmək olar. Bu isə o deməkdir ki, hərbçilər Baykal gölündən də məqsədləri üçün istifadə edə bilərdilər. Amma etiraf etmək lazımdır ki, hərbçilərin Baykal gölündən hansı məqsədlərlə istifadə etdiklərini söyləmək qeyri-mümkündür.
Əvvəlcə bu teoriyanı təsdiqləyən faktları sadalayaq. Belə bazaların qurulması artıq təcrübədə var idi və obyektlər kifayət qədər böyük miqyaslarda inşa edilirdi. Məsələn, Balaklavadakı böyük hərbi baza sualtı qayıqlar üçün nəzərdə tutulmuşdu və Krım qayalıqlarında inşa edilmişdi. Bu, “825 GTC” və ya “K-825” tipli obyektdir. Bəzən “Soyuq müharibə muzeyi” də adlandırılır. Balaklav buxtasında soyuq müharibə illərində sualtı qayıqlar üçün nəzərdə tutulmuş yeraltı hərbi bazadır.

Bu baza sualtı qayıqların sığınacağı, təmiri və xidməti və eyni zamanda silah-sursatın saxlanılması üçün nəzərdə tutulmuşdu. Kanalın dərinliyi 8, eni isə 12-22 metr arasında dəyişir.

Yeraltı kompleks 1953-1961-ci illər ərzində, yəni 8 ilə inşa edilib. Tikintidə 120 min ton süxurdan istifadə edilib. Məxfiliyi qorumaq üçün süxurlar gecə vaxtı açıq dənizdə barjlarla daşınıb. Baza əvvəlcə hərbçilər, sonra isə metro tikintisi ilə məşğul olan mühəndis və fəhlələr tərəfindən inşa edilib.

1993-cü ildə baza bağlandıqdan sonra böyük hissəsi mühafizə edilməyib. 2000-ci ildə obyekt Ukrayna hərbi dəniz qüvvələrinə təhvil edilib. 1993-2003-cü illər ərzində bazanı faktiki olaraq taladılar. Əlvan metaldan inşa edilən bütün konstruksiya sökülüb istifadə edildi. 2014-cü ildə bu baza Rusiyanın tərkibinə keçdi və muzey kimi fəaliyyətə başladı.

Əgər belə bir ideya olubsa, niyə Baykal qayalarında çox funksiyalı baza inşa edilməsin ki? Əgər bu hipotez reallığı əks etdirirsə, sualtı alovların haradan qaynaqlandığı və sahilin niyə qoruq müdafiəsi adı altında ciddi mühafizə edildiyi məlum olur.

Skeptiklər etiraz edə bilər ki, belə bir bazanı məlum olan yerdə, göz önündə yox, istənilən başqa yerdə inşa etmək ola bilərdi. Amma razılaşmamaq olar. Baykal istənilən nöqteyi nəzərdən unikal məkandır. Elə bu səbəbdən də bəlkə də hərbçilər üçün də unikal göl sayılıb? Bəlkə hərbçilər bu bazada elə bir zavod inşa etmişdilər ki, obyektin böyük təmiz su ehtiyatına ehtiyacı yaranır? Bəlkə də buna yaxın bir səbəbləri olub?

Bundan başqa, Baykal gölünün coğrafi mövqeyi də əlverilşidir. Bu göldən Avropaya, Asiyaya və Şimali Amerikaya məsafə eynidir. Bu yerdən həm hücum, həm də müdafiə məqsədi ilə istifadə etmək olardı.

İndi isə gələk bu hipotezin əleyhinə olan faktlara. Bu hipotezin əleyhinə cəmi bir fakt var. Baykal rayonunda tektonik vəziyyət çox yüksək seysmik aktivlik deməkdir. Bu isə istənilən layihənin təhlükəli və riskli olmasını ikiqat artırır.

Böyük zəhmət və külli miqdarda vəsait hansısa güclü yeraltı təkan səbəbindən bir saniyədə məhv ola bilərdi. Bu ərazidə isə yeraltı təkanlar son bir neçə onillikdə dəfələrlə müşahidə edilib. Belə bir ərazidə riski nəzərə alıb kim hərbi baza inşa edərdi ki?

Əgər hərbçiləri sadəcə münasib yer maraqlandırırdısa, deməli, bu ərazidə baza inşa etmək fikrinin üstündən xətt çəkə bilərdilər. Yox, əgər onlara unikal baza lazım idisə, qlobal tikinti üçün heç bir əngəl ola bilməzdi. Həm də nəzərə almaq lazımdır ki, rus mühəndislər elə tikililər inşa edirdilər ki, nüvə silahının zərbəsinə davam gətirə bilirdi. O zaman adi yeraltı təkanlar onlar üçün elə də ciddi əngəl sayıla bilməzdi.

Qısacası, Baykal gölünün sirrləri çoxdur. Çox güman ki, nə vaxtsa bu sirr çözüləcək və göl ətrafında baş verən anomal hadisələrin cavabı tapılacaq…

Hikmət
Ölkə.Az

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button