2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Bazarlarda ölmüş mal ətinin satılmadığının zəmanəti yoxdur…’

Azərbaycana ərzaq məhsulları əsasən Türkiyə, Rusiya və Ukraynadan gətirilir. Az həcmdə ərzaq da Almaniya, Fransa, İtaliya və digər ölkələrdən idxal edilir.

Bunu bu günlər Respublika Sanitar-Karantin Müfəttişliyinin sanitariya-gigiyena şöbəsindən açıqlayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumilikdə xaricdən ölkəyə 10 998 adda ərzaq məhsulu daxil olur.

Buna da bax:​ ‘Azərbaycana mallar əvvəl idxal olunur, sonra ixrac…’

İdxalın durmadan artması ərzaq təhlükəsizliyini pozur

İqtisadçı-ekspert Vahid Məhərrəmov iddia edir ki, idxal edilən kənd təsərrüfatı məhsullarına tələbat artmaqda davam edir.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov

“İdxal həcminin artması ölkənin ərzaq təhlükəsizliyini pozur. Rəsmi statistikaya görə, bu ilin yanvar-fevral aylarında aqrar məhsulların idxal xərci 26,7 faiz artıb. Xüsusən, ət və ət məhsullarının idxal həcmi 2,2 dəfə artıb. Kərə yağının idxalı 42 faiz, çayın idxalı 53 faiz, şəkərin idxalı da 2,8 faiz yüksəlib”.

Ekspert kənd təsərrüfatı məhsullarının ixracında isə azalma olduğunu deyir. Onun fikrincə yerli aqrar sektor stress vəziyyətinə düşüb.

Buna da bax: Statistika mal-qaranın artdığını, qəssab isə azaldığını deyir

Ekspert həm yerli, həm də xaricdə istehsal olan ərzaq məhsullarının keyfiyyətinə də diqqət çəkir.

“Xüsusən, bir sıra fermer təsərrüfatlarında iri və kiçikbuynuzlu mal-qaranın, toyuqların tələf olması müşahidə olunur. Paytaxt bazarlarında ölmüş malların ətinin satılmadığının zəmanəti yoxdur. İdxal məhsullarına gəlincə, burada da ölkədə saxtalaşdırılmış qida məhsullarının satıldığını demək üçün əsaslar var”.

Keyfiyyətsiz ərzaq Rusiyadan da gəlir

Buna da bax:​ ‘Ət də, balıq da, toyuq da bahalaşıb…’

Ekspert bildirir ki, bu günlərdə Rusiyada aqrar müəssisələrinin istehsal etdiyi qida məhsullarının keyfiyyəti haqqında hesabat yayılıb.

“Məlum olub ki, mağazalarda texniki reqlamentə uyğun olmayan, saxta malların sayı artmaqda davam edir. Ərzaq məhsullarından çox vaxt süd məhsulları normalara uyğun olmur. Ötən il Rusiyada keyfiyyətsiz ərzaq məhsullarının payı 3,4 faizdən 3,74 faizə qədər artıb. Nəticə etibarilə, bu məhsullar Azərbaycana da gəlir”.

V. Məhərrəmovun fikrincə, Azərbaycanda da analoji vəziyyət yaranıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button