2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

BDU-da “Səs yazısı” qalmaqalı böyüyür: 13 tələbə imtahandan kəsildi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid dolu mesajlarının səs yazısının yayılmasından sonra 13 tələbə imtahandan kəsilib.
Bu barədə tələbələr məlumat verib.
Onlar bildiriblər ki, Jurnalistika fakültəsində Politologiya fənnindən keçirilən imtahan zamanı bir qrupun 13 tələbəsi aşağı bal alıb.
Tələbələr bunun dekanlığın həmləsi olduğunu iddia edir:
“28 nəfərlik qrupdan 13 nəfər eyni vaxtda imtahandan kəsilib. Halbuki uşaqların hamısı imtahana 40-45 balla girib. Bu qədər balı olan tələbələrə imtahanda 10-12 bal yazılıb. Belə bir şey necə mümkündür ki?
Bundan başqa, imtahandan 14 nəfər kəsilsəydi, yenidən keçirilməli idi. Bilərək 13 nəfəri kəsiblər ki, təkrar imtahan keçirilməsin. Tələbələr növbəti semestrdə əziyyət çəksinlər. Səs yazısı mətbuata ötürüldüyü üçün bizdən acıq çıxırlar. Bizə mesaj vermək istəyirlər ki, başınıza oyun açarıq. Kəsrlərin politologiya fənnində olması da mesajın bir hissəsidir. Hamısı düşünülüb”.
Fakültənin dekanı Cahangir Məmmədli telefon zənglərinə cavab verməyib.
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məsələnin araşdırılmalı olduğunu deyib:
“Politologiya qeyri-ixtisas fənnidir. Həmin imtahanın cavablarını yoxlayanlar da başqa fakültənin müəllimləridir. Bu fənnin Jurnalistika fakültəsinin müəllimləri, dekanlığı ilə bir əlaqəsi yoxdur. Tələbələr özləri də bunu yaxşı bilir. Ona görə kəsilmənin məlum hadisəylə hansısa bağlılığını və ya bilərəkdən edildiyini düşünmürəm. Lakin araşdırıldıqdan sonra geniş açıqlama vermək olar”.( Bakupost)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button