2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Belə olsa, Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq… – BNA açıqladı

“Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırıla bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin verdiyi qərarlara əməl olunmasa, Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq:
“Bakı şəhərində nəqliyyatın fəaliyyəti dayandırılmayıb. Sadəcə, ictimai nəqliyyatdan istifadə edənlərə xəbərdarlıq edilib. Əgər qoyulan qaydalara əməl olunmasa, insanlar evdə qalmayıb istədikləri zaman küçələrə çıxsalar, o zaman ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq”.
Qeyd edək ki, sosial şəbəkələrdə BNA adından ölkədaxili, şəhərlərarası hərəkətin tamamilə qadağan odulması, Bakıda marşrut xətlərinin fəaliyyətinin dayandırılmasıyla bağlı xəbər yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button